ABŞ-ın aprel ayı işsilik göstəricisi 4,4%-ə geriləyərək son 10 ilin minimal həddinə çatıb.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bununla yanaşı, aprel ayında ABŞ-da yeni iş yerlərinin sayı 190 000 proqnozuna qarşı 211 000 nəfər artıb. Həmçinin açıqlanan statistikaya görə saat başına əmək haqqı aperel ayında aylıq müqayisədə 0,3% artaraq 26,19$ təşkil edib.

Xatırladaq ki, ABŞ-ın yeni Prezidenti Donald Tramp öz seçki öncəsi vədlərində ABŞ-da yaxın 10 il ərzində 25 mln. yeni iş yeri yaradacağı sözü verib. Bu da ayda orta hesabla 208 000 yeni iş yeri deməkdir.

"Report"un analitik qrupu bildirir ki, müsbət göstəricilər iyun ayında ABŞ-da uçot dərəcələrinin artmasına dəstək verəcək. Bunun da nəticəsində dollar yaxın günlərdə möhkəmlənməyə başlayacaq. Hazırda dolların möhkəmlənməsinin önünü kəsən amil Fransada mayın 7-də keçiriləcək prezident seçkiləridir.

Seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq dolların güclənməsi prosesi başlayacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300