İranda kömür şaxtasında partlayış baş verib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər
verib.
Xəbərdə bildirilir ki, hadisə ölkənin şimalında - Gülüstan vilayətinin Azadşəhr
şəhərində qeydə alınıb. Ölkənin Təcili Yardım Xidmətinin rəhbəri Pir Hüseyn
Kulivand bundan əvvəl bildirib ki, dağıntılar altında 90 nəfər var. O, həmçinin
əlavə edib ki, xəstəxanaya 28 nəfər çatdırılıb.
Hadisə zamanı 21 nəfər həlak olub. İnsidentin təfərrüatları araşdırılır.