Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanov barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. KTN-dəki mənbənin JAM.AZ-a verdiyi məlumata görə, Azər Süleymanov xidmət rəisi təyin olunduğu gündən qurumda gərgin atmosfer yaranıb. Bunun səbəbi Azər Süleymanovun işçilərlə yola getməməsidir. Xidmət rəisinin xeyli sayda peşəkarı işdən çıxardığı bildirilir. 

Mənbə Azər Süleymanovun bu vəzifəyə yüksəlməsilə bağlı da maraqlı faktlar açıqlayıb. Bildirib Azər Süleymanov bundan əvvəl Göygöl rayonu baytarlıq idarəsinin rəisi vəzifəsində çalışıb. Bu vəzifədə olarkən kolxoz-sovxoz dövründən qalan mal-qaranın ölməsi barədə saxta aktlar tərtib edib. Bu addım ona külli miqdarda pul qazandırıb. 

Bundan sonra o, Göygöldə "Karusel" İstirahət Mərkəzini, dəbdəbəli villalar tikdirib. Mənbə bildirir ki, müxtəlif maxinasiyalar həyata keçirməklə sərvətə sahib olan Azər Süleymanov icra başçısı olmaq niyyətinə düşüb. O, niyyətini reallaşdırmaq üçün lazım olan pul tədarükünü də görüb. Lakin Azər Süleymanov aylarla televiziyada sərəncamının oxunduğunu gözləsə də, niyyəti gerçəkləşməyib. Azər Süleymanova bildirilib ki, icra başçısı ola bilməz. Bunun əvəzində ona Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsi təklif edilib. 

Mənbə bildirir ki, Azər Süleymanovun işdən çıxardığı peşəkar kadrlardan bəziləri prezident İlham Əliyevə müraciət ediblər. Onlar müraciətlərində Azər Süleymanovun bu vəzifəyə layiq olmadığını bildiriblər və ilginc faktlar açıqlayıblar.




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300