Ermənistanda 2 aprel seçkisindən əvvəl kriminal qruplaşmaların üzvləri həbsdən azad edilib. Bu barədə "Joxovurd” məlumat yayıb.

Nəşrin yazdığına görə, Ermənistanda keçirilən seçkilərin "təşkili" zamanı kriminal ünsürlərin ciddi rola malik olduqları heç kimə sirr deyil.

Onlar seçki məntəqələri ətrafında Respublikaçıların xeyrinə səslərin toplanması üçün seçicilərə müxtəlif üsullarla təsir göstəriblər. Bununla yanaşı, hakimiyyət orqanları həbs edilən şəxslərin siyahısını tərtib edib, onların bir hissəsini Respublikaçıların xeyrinə səs vermək üçün azadlığa buraxıb.

Aparılan sorğu nəticəsində aydın olub ki, 2016 və 2017-ci illər fevralın 1-dən martın 31-ə kimi həbs edilən məhbusların bir hissəsi şərti, əfv və digər yollarla azadlığa buraxılıb.

Ötən il 79 nəfər, bu il isə 112 nəfər azadlığa buraxılıb. Bundan başqa, "Joxovurd”un verdiyi məlumata görə, bu il 19 nəfər vaxtından əvvəl azad edilib, 3 nəfərin isə günahı bağışlanıb.

KİV bildirir ki, Respublikaçıların hakimiyyəti xalqın irədəsi ilə deyil, cinayətkar elemetlərlə, kriminal vasitələrlə formalaşdırılıb.

Təsadüfi deyil ki, Ermənistan "qanuni oğru”ların toplantı keçirməsi üçün azad ölkəyə çevrilib və dünyanın müxtəlif kriminal nümayəndələri bu və ya digər şəkildə Ermənistan hakimiyyəti ilə sıx təmaslara malikdirlər.(azvision.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300