Neftçala rayon işıq idarəsinin müdiri Vurğun Şirəliyev qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi Şirəliyev İsgəndərə arxayın olub rayon sakinlərə "gün verir, işıq vermir”.

İdarə rəisi Vurğun Şirəliyev abonentlərin gününü qara edib. "Azərişıq” ASC sədri Baba Rzayevə üz tutan Neftçalalılar yeni rəis təyinatı gözləyir. Sakinlər rayon İşıq İdarəsinin müdiri Vurğun Şirəliyevdən ciddi şəkildə narazıdır. Buna səbəb abonentlər qeyri-qanuni borcların yazılması, işıq təchizatında fasilələr, kəndlər və ətraf ərazilərdə işıqların tez-tez sönməsi, şikayətə gələnlərin isə kobud şəkildə təhqir olunmasıdır.Maraqı məqamlardan biri də dövlət idarə və müəssisələrinin, kənd məscidlərinin işıqlarını da kəsdirir.

Neftçala camaatının gününü zindan edən Vurğun Şirəliyev şikayətçiləri hədələyir və onları qapıdan içəri buraxmır. Abonentlərə qarşı kobud rəftarı və danışığı ilə rayonda tanınan bu məmur yuxarı instansiyalardan qorxmur. Vurğun Şirəliyev Belasuvar rayonunda İşiq idarəsinin müdiri işləyərkən ordan qovulmasına baxmayaraq qardaşı İsgəndər Şirəliyevin sahəsində yenidən Neftçala rayonunun işiq idarəsinin müdiri təyin olunub.

Картинки по запросу neftçala işıq

Dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan regionlarda elektrik xətlərinin yenilənməsi üçün pul ayrılır, ancaq həmin pullarla elektrik xətlərini yeniləmək əvəzinə kor təbi təmir edilir. Həmin pulları isə Vurğun Şirəliyev rayonda özünə böyük biznes imkanları yaradıb. Onun xeyli sayda süni gölləri (danba 70 ha) otlaq və əkin sahələri var (təxminən 500 ha).

İddia olunur ki, işıq idarəsi müdiri əldə etdiyi gəlirlərdən öz kommersiya şəraitini qurub. Bu azmış kimi, qaba xarakterə malik olan idarə rəisinin öz obyektlərində enerji istifadəsində maxinasiyalara yol verildiyi iddia edilir.Neftçala sakinlərinin bu məlumatları əsasında "Azərişıq” ASC-yə sorğu göndərməyə hazırlaşırıq.

 Neftçala rayon sakini İbrahim Məmmədovun da başına anoloji hal gəlib. Beləki, işığı kəsilən abonent "Azərişıq"ın Neftçala filialından rayon prakurorluğuna şikayət etsədə , baxılmayıb.Bu da ona əsas verir ki, uzun illər rayonun işıq idarəsinə rəhbərlik etmiş Vurğun Şirəliyev dövlət büdcəsindən ayrılan vəsaitləri tək yeməyib.Əgər elə olmasaydı müxtəlif icra orqanları Vurğun Şirəliyevin qarşısını alardı.Onu da xatırladaq ki, Vurğun Şirəliyev Neftçala rayonunda xalqı hakimiyyətə qarşı qaldıran məmurlardandır.İstədiyi vaxt istədiyi yerdə işığı kəsən, tranformatorlara pul ayrılıb amma yalandan təmir aparan, qəzalı işıq dirəklərii və s. Bütün bunlara sərf olunacaq pullar isə yuxarıda qeyd etdiyimiz balıq nohurlarında və əkin sahələrində.

Картинки по запросу neftçala işıq

 

Mətbuatda Vurğun Şirəliyevin qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi Şirəliyev İsgəndər barəsində Gülənçiləri maliyyələşdirməsi barəsində yazılar gedir.Dövlətimizə, millətimizə zərər verəcək işlər və qurumlarla əməkdaşlıq etməsi halı mətbuatda dərc olunursa, deməli müvafiq qurumlar bu barədə ölçü götürəcək.Mətbuat olaraq yenidən xatırlatmağı məqsədə uyğun hesab etdik.

İsgəndər Şirəliyevin Neftçala rayonundakı milyonluq villaları hansı pulla tikdirib? Villanın həyətinə keçib işıqlandırmaq imkanımız olmasada, tikinti zamanı fəhlə kimi çalışmış rayon sakininin bildirməsinə görə villanın dəyəri milyonlarla ölçülür."Kənardan belə görünməyinə baxmayın, rayonda ikinciu belə imarət, villa yoxdur.Həyətində bir hovuz var ki, onun qiymətinə iki -üç ev tikmək olar.Bütün şəraitlə təhciz edilib."

Həmin villanın əldə etdiyimiz fotolarını təqdim edirik:(nia.az)

Neft oliqarxının qardaşı Neftçala rayon sakinlərə

Uluyol.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300