"Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Zorakılığa "YOX” deyək - Ailəmizi qoruyaq!” məişət zorakılığıyla bağlı layihəyə start verib

 

2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, bu qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.


 

Birlik yuxarıda adıçəkilən qanunun cəmiyyətdə təbliğini vacib bilərək məhz bu istiqamətdə layihələrin həyata keçirilməsini zəruri hesab edir. Layihənin əsas məqsədi "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı maarifləndirmə işi aparmaq və bu sahədə yaranan problemləri üzə çıxarmaqdan ibarətdir.

 

Ağdaş və Yevlax rayonlarından 60 nəfərin iştirakı ilə icra olunacaq layihədən erkən nikahın potensial qurbanları ola biləcək yeniyetmə qızlar, ailə həyatı qurmağa hazırlaşan xanımlar və ya artıq ailə həyatı qurmuş gənc analar faydalanacaqlar.

 

Layihə çərçivəsində mövzuya uyğun olaraq qanunun təbliğiylə bağlı xüsusi kitabça və bukletlər hazırlanıb çap edilərək iştirakçılara paylanacaq.

 

Aprel ayının 15-dən başlayaraq layihənin icrası 4 ay müddətində nəzərdə tutulub.//pia.az

 

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300