Qoyun otararkən mahnı oxuyan çobanın sosial şəbəkələrdən başlayan şöhrət yolu Milli Kanservatoriyadan keçdi.

Uluyol.info Xezerxeber-ə xəbər verir ki, Neftçalanın Qaçaqkənd kənd sakini olan Pərvin Səfərovun səs tembrini yoxlamaq üçün daha bir ifa tələb edildi. Onun səsininin məlahətindən danışan sənətkarlar çatışmazlıqlarını da açıqladılar.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaşadığı kəndin mədəniyyət evində işə götürülən Pərvin Səfərovun ən böyük arzusu musiqi təhsili almaqdır. Sənətkarlar qarşısında çıxış etdiyinə isə hələ də inana bilmir.

Qərara gəlinib ki, Pərvin Səfərov, Milli Kanservatoriyanın tərkibində olan Musiqi Kollecində təhsil alsın.

Milli Kanservatoriyanın rektoru, xalq artisti Siyavuş Kəriminin sözlərinə görə, ən tez zamanda Dövlət İmtahan Mərkəzinə məktub ünvanlanacaq. Məqsəd xüsusi gənc qismində Pərvini qəbul imtahanına girmədən kollecə qəbul etməkdir. Kolleci bitirdikdən sonra isə ona Kanservatoriyada da təhsil alması üçün imkan yaradılacaq.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300