"Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ilkin mərhələdə yeddi rayon Azərbaycana qaytarılmalıdır”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Dmitri Savelyev "Moscow-Baku” portalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində daha aktiv mövqe tutmalıdır: "Mən 2016-cı ildə bu istiqamətdə sıçrayışa çox ümid edirəm. Çünki hansısa çıxılmaz vəziyyətlərin yaranmasına baxmayaraq, proses doğru istiqamətdə irəliləyir. Hər şeydən öncə Dağlıq Qarabağ ətrafındakı yeddi rayon qaytarılmalıdır