İndoneziyada dünyanın ən yaşlı adamı 146 yaşında vəfat edib.

 

Hamının Qoto baba kimi tanıdığı Saparmen Sodimenco aprelin əvvəlində səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanada bir neçə gün qaldıqdan sonra o, evə buraxılmasını tələb etmişdi.

 

146 yaşında vəfat etməsinə baxmayaraq, dünyanın ən yaşlı adamı adı rəsmi şəkildə ona verilməmişdir. Belə ki, Qotonun dəqiq yaşını müəyyənləşdirmək qeyri-mümkündür. Çünki onun doğum tarixi 1900-cu ildən öncəyə təsadüf edir, İndoneziyada isə məhz həmin ildən doğulanların qeydiyyatı aparılmağa başlayıb.

 

Lakin 2014-cü ildə aldığı şəxsiyyət vəsiqəsində Qotonun doğum tarixi 1870-ci il qeyd edilib. Onun ömrü boyu siqaret çəkdiyi bildirilir.

 

Qotonun artıq 4 arvadı, bacı və qardaşları, övladları da dünyasınıdəyişib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300