Mayın 1-də Mehman Qələndərovla bağlı toplantı keçiriləcək

 

Aprelin 28-də Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişən (intihar etdiyi deyilir) və gizli dəfn olunan siyasi məhbus Mehman Qələndərovla bağlı toplantı keçiriləcək.

 

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün feysbuk səhifəsində məlumat yayıb:

 

"Bu gün çox ağır bir gün oldu. Çətinliklə də olsa Mehman Qələndərovun gizli dəfn olunan yerini - qəbrini tapa bildik. İctimailəşdirdik. Onunla vidalaşıb son mənzilə yola saldıq. Çox sağ olun ki, hər biriniz Mehmanın ölümünə kəskin etirazınızı bildirdiniz, fəal vətəndaş mövqeyi ifadə etdiniz. Onun ölümünə səbəb olanların tapılıb cəzalandırılmasını tələb etdiniz. Ola bilər ki, Mehmanın qohumları nəyə görəsə susa bilərlər. Amma biz Mehmanın əqidə dostları olaraq susmaq, onun müəmmalı və şübhəli ölümü ilə barışmaq fikrində deyilik. Bu istiqamətdə araşdırmalarımız və mübarizəmiz davam edəcək".

 

"Mehman bu rejimin qurbanlarından biridir. Onu şərləyib həbsə atanlar, ölümünü danıb gizli dəfn edənlər məsuliyyətə cəlb olunmalı və cavab verməlidir. Bu cinayətə etiraz və atacağımız addımları müəyyən etmək üçünsabah, 01 may saat 12.00- da ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantımız olacaq. Biz Mehman Qələndərovun faciəli ölümünə susmaq və göz yummaq fikrində deyilik. Siz də bu fikirdəsinizsə gəlin sabahkı toplantıya qatılın, mübarizəmizi bir yerdə aparaq!", - hüquq müdafiəçsi bildirib.

 

"Toplantıya qatılmaq istəyənlər tədbirin yeri ilə bağlı mənimlə əlaqə saxlasınlar", - o bildirib.

 

(arqument.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300