"Xərçəng" eşidiləndə insanın tüklərini ürpərtən bir xəstəlikdir. Bu ad özü ilə bərabər hüzn və kədər gətirir. Bir yaxınına xərçəng diaqnozu qoyulanlar "xərçəng" kəlməsini hər eşidəndə diksinirlər. Xərçəng xəstələrinin çoxu isə təəssüf ki, verdikləri mübarizədə yenilirlər.

 

Alimlərin son günlərdə xərçənglə bağlı apardıqları bir təcrübə hamını təəccübləndirib. "Science Daily"də yazılanlara görə, xərçəngin gələcəkdə asanlıqla məğlub olması mümkündür.

 

Belə ki, alimlər xərçəng hüceyrələrində yer alan üç fərqli zülalın quruluşu ilə oynayaraq özlərini məhv etmələrinə yarayacaq bir icada imza atıblar. İstifadə edilən bu üsul ilə ən təhlükəli xərçəng növləri belə asanlıqla məğlub dilib. İsrailin Təl-əviv Universitetində reallaşdırılan təcrübələrdə xərçəng hüceyrələrinin özlərini məhv etdiyi və sağlam hüceyrələrin zərər görmədiyi müşahidə edilib.

 

Araşdırmanın rəhbəri olan Malka Cohen-Armon "Xərçəng hüceyrələri nə qədər sürətlə şoxalırsa, özlərini məhv etmələri də bir o qədər sürətlənir" - deyib.

 

Tədqiqatı aparan alimlər tapdıqları yeni üsulla döş xərçəngi, ağciyər xərçəngi, mədəaltı vəzi xərçəngi, kolon xərçəngi, beyin xərçəngi və yumurtalıq xərçənginə qarşı uğurlu nəticələr əldə ediblər. Siçanlar üzərində aparılan təcrübələrin hamısı müsbət nəticə verib. Alimlər indi də bu üsulu insanlara uyğunlaşdırmaq üçün var gücləri ilə çalışırlar.

 

Cohen-Armon "Tapdığımız bu üsulla digər tədqiqatçılara fərqli müalicə üsulları tapması üçün müəyyən mənada yardımçı olduq. Bu üsul sayəsində xərçəng hüceyrələri bir-birini məhv edərkən, sağlam hüceyrələrə heç bir şey olmur" deyib.

 

Xərçəng üçün kəşf bu üsul hər kəsi çox həyəcanlandırıb. Bəlkə də xərçəng bir müddət sonra soyuqdəymə qədər əhəmiyyətsiz bir xəstəlik olacaq.

 

 

Zəhra, moderator.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300