Rusiyanın onlarla şəhərində "Nadoel” ("Bezdirdi") şüarı ilə etiraz aksiyaları keçirilib.

Aksiyanı Mixail Xodorkovskinin rəhbərlik etdiyi "Açıq Rusiya” hərəkatı təşkil edib.

Bütün ölkə boyu 100-ə yaxın aksiyaçının həbs edildiyi bildirilir.

Ən çox tutulanlar Sankt-Peterburq və Tula şəhərlərində olub.

 

Bu şəhərlərdə onlarla fəal saxlanıb.

Moskvada isə həbs edilənlər olmayıb.

Aksiyaçılar prezident administrasiyasına Vladimir Putinin 2018-ci ildə keçiriləcək prezident seçkisində iştirak etməkdən imtina etməsi tələbi ilə müraciət təqdim edib.

Bu arada, Birləşmiş Ştatlar Rusiyanın bir neçə demokratiya tərəfdarı olan qrupu qara siyahıya salmasından "dərindən narahatdır”. Bunu Dövlət Departamenti aprelin 28-də açıqlayıb.

Bu həftənin əvvəlində Rusiya prokurorluğu Açıq Rusiya, Açıq Rusiya Vətəndaş Hərəkatı və Müasir Rusiya İnstitutunu "arzuolunmaz” elan edib.

"Bu və digər beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının Rusiyaya təhlükə yaratması fikri ilə razı deyilik”, – departamentin sözçüsü Mark Toner deyib.

"Rusiya dinamik və rəqabətli iqtisadiyyata söykənən güclü və demokratik hökumət qurmağa ümid edirsə, belə müstəqil səsləri təqib edib kriminallaşdırmamalıdır, onları dəyərləndirib dəstəkləməlidir”, – Toner söyləyib.

Rusiya hakimiyyəti aprelin 27-də "Açıq Rusiya”nın Moskva ofisində reyd keçirib ("Amerikanın səsi").

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300