Hecc_ziyareti

İran Səudiyyə Ərəbistanına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Bu gündən etibarən İran Səudiyyə Ərəbistanında istehsal edilən istənilən məhsulun ölkəyə gətirilməsini və satışını qadağan edib.
Bundan başqa, rəsmi Tehran ərəb dövlətini İranın Yəməndəki səfirliyini bombalamaqda ittiham edib.

"Forbes” jurnalı isə İranın Səudiyyə Ərəbistanın ərazisində yerləşən Məkkə və Mədinə şəhərlərinə hər il Həcc ziyarəti zamanı zəvvar göndərməkdən imtina edə biləcəyini yazıb.

Jurnalın məlumatına görə hər il 100 min iranlı Böyük Həcc, 500 min iranlı isə Kiçik Həcc (ümrə) ziyarətində olur. Hər il Həccə gələn zəvvarların 5%-i iranlılar təkşil edir.

"Forbes”in məlumatına görə İranın bu dini ayindən imtina etməsi Səudiyyə Ərəbistanını büdcəsinə ağır zərbə vura bilər. Krallıq hər il Həcc ziyarətindən 18,6 milyard dollar gəlir qazanır.(modern)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300