Xəbər verildiyi kimi, bu gün səhər saatlarından etibarən dünyanın ən böyük ensiklopediyası olaraq tanınan Vikipediaya Türkiyədə giriş yasaqlanıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq Vikipediaya girişin yasaqlanmasının səbəbi bəlli olub. E-Dövlət portalından bununla bağlı verilən suala "Maraqlandığınız veb ünvanına, an etibarilə məhkəmə qərarı ilə tətbiq edilmmiş yasaq qüvvəyə minib” deyə cavab yazılıb.

Amma digər mənbələrdə qeyd edilib ki, saytla bağlı məhkəmə qərarı olmasa belə, "idarə üzrə tədbir” tətbiq olunub. "5651 saylı qanunun tələbləri çərçivəsində, 29/04/2017 tarix və 490.05.01.2017.-182198 saylı qərarına istinadən Bilgi Texnologiyaları və Əlaqə Qurumu tərəfindən idari tədbir tətbir olunub. (After technical analysis and legal consideration based on the Law Nr. 5651, ADMINISTRATION MEASURE has been taken for this website (wikipedia.org) according to Decision Nr. 490.05.01.2017.-182198 dated 29/04/2017 implemented by Information and Communication Technologies Authority- tərcüməsi bu formadadır”.

Əldə edilən məlumatlara görə, internetin önəmli məlumat qaynağı olan Vikipedia ilə bir müddətdir ki, yazışmalar davam etdirilirdi. İddiaya görə, Vikipedianın tərkibində terrora dəstək verən yazılar, eləcə də Türkiyəni terrorla eyni çərçivədə və terror əlbiri göstərməyə çalışan tövr nümayiş etdirdiyi üçün xəbərdarlıq aldığı halda sayt buna cavab verməyib. Belə ki, bu cür tərkibli materialları aradan qaldırmayıb, əksinə onu müdafiə altına alıb.

NƏLƏR İSTƏNİLİR?

Uzun müddətdir ki, müxtəlif sosial media şirkətləri və internetin yayım orqanları ilə də yazışmaları sürətləndirən Türkiyə beynəlxalq saytların Türkiyədə təmsilçilik açmasını, beynəlxalq hüquqla uyğun davranmasını və məhkəmə qərarları tətbiq etməsini istəyir.

Yetkililər tərəfindən verilən açıqlamaya görə, Türkiyənin ondan istədiyi və tərkibində məhkəmə qərarları da olan düzənləmələri etdiyi təqdirdə Vikipedia yenidən açılacaq.

Sevinc, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300