Füzuli Elektrik şəbəkəsində baş verən özbaşnalıqla bağlı uluyol.info-nun elektron poçtuna gələn şikayət məktubunu olduğu kimi təqdim edirik:

"Hörmətli redaksiya, mən Elşən Hüseynov, Eldəniz Hüseynovla birlikdə nəzərinizə çatdırırıq ki, məcburi köçkünlərin istifadə etdiyi elektrik enerjisinin pulu nəğd qaydada 2017-ci ilin yanvar ayınnan ödənməyə başlanmasına baxmayaraq Füzuli elektrik şəbəkəsi keçən ilin sərfiyatında bizdən tələb edir. Baxmayaraq ki, keçən ili Dövlət  Qaçqınkom ödəmişdir.

Bu məsələ ilə bağlı Füzuli elektrik şəbəkəsinə getsəkdə, özünü rəis müavini kimi təqdim edən Hüseyn Kərimov bizi dinləmək əvəzinə, problemimizin həlli üçün köməklik göstərmək əvəzinə, bizi təhqir etdi, məmura yaraşmayan ifadələr işlətdi və bizi otağından qovdu. Sizlərdən xahiş edirik səsimizi mətbuat vasitəsilə Cənab Prezidentə, Mehriban xanıma çatdırasız. Bu cür məmurlar cəzalansın, bizim problemimiz isə həllini tapsin.

Hörmətlə: Hüseynov Elşən İbrahim oğlu

             Hüseynov Eldəniz Ramil oğlu"


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300