Cümə axşamı Bundestaq dövlət müəssisələrində çalışan əməkdaşlara üzü tamamilə bağlayan niqab və parancu geyinməyi qadağan edən qanun layihəsini təsdiqləyib.

Qanun dövlət işçilərinə, hakimlərə və hərbçilərə şamil olunub.

"İnteqrasiya o deməkdir ki, biz açıq-aşkar öz dəyərlərimizi nümayiş etdirməli və aşılamalıyıq, həmçinin digər mədəniyyətlərə tolerantlığımızın sərhədlərinin harada bitdiyini də göstərməliyik," Almaniyanın daxili işlər naziri Thomas de Maiziere Reuters agentliyinə açıqlamasında bildirib.

"Bizim qəbul etdiyimiz bu qanun layihəsi bu iş üçün böyük töhfədir."

Yeni qanun Almaniyada dövlət işçilərinə, hakimlərə və hərbçilərə iş zamanı üzü bağlayan geyimi qadağan edir.

Bununla yanaşı sağçılar hökuməti Fransa və digər ölkələrdə olduğu kimi niqabı ictimai yerlərdə də qadağan etməyə çağırıblar.

2016-cı ilin dekabrında Almaniya kansleri Angela Merkel ölkədə niqab və parancunun taxılmasının qadağan edilməsinə öz münasibətini bildirmişdi.

Xristian-Demokrat İttifaqı Partiyasının Essendə keçirilən qurultayında çıxış edən kansler bu cür geyimlərin hüququ baxımdan mümkün olan hər yerdə qadağan olunmasının lazım olduğunu vurğulamışdı.

"Üzü və bədəni bütövlikdə örtmək bizdə qəbul edilmir, bu bizə məxsus deyil ", - deyən kanslerin sözlərinə görə, Almaniyada insanlar arasında ünsiyyət zamanı üzü nümayiş etdirmək qəbul olunub.

Bir qədər əvvəl Merkel bütün bədəni örtən müsəlman geyimini inteqrasiya prosesinin uğursuzluq işarəsi adlandırmışdı.

Qurultayda Merkel məktəblərdə, məhkəmələrdə və digər dövlət müəssisələrində parancunun qadağan edilməsini dəstəkləmişdi.

2011-ci ildə ictimai yerlərdə parancunu və üz örtüyünü qadağan edən ilk Avropa ölkəsi Fransa olub.

2016-cı ilin sentyabrında isə buna bənzər qanun layihəsini İsveçrənin aşağı palatası təsdiqləyib.

2017-ci ildə Avstriyadakı hakim koalsiya Fransadakı qanuna bənzər qanun layihəsini qəbul edib (BBC).

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300