"Məqsədim qızıl medal qazanmaq idi. Əvvəl gürcü idmançını məğlub etdim. Sonra erməni idmançı ilə qarşılaşdım. O məndən həm hündür, həm də çəkidə ağır idi. Əvvəl qorxdum, amma sonra hücum taktikası ilə ona qalib gəldim. Çox sevinirəm”.

Bu sözləri "Report”un Gürcüstan bürosuna müsahibəsində Tbilisidə keçirilən Tayboksinq üzrə beynəlxalq yarışın qalibi, 10 yaşlı Dəniz Tural oğlu Quliyev söyləyib.

Qeyd edək ki, çempionatda Azərbaycan, Gürcüstan, İran, Türkiyə, İraq və Ermənistandan olan uşaq və yeniyetmə idmançılar mübarizə aparıblar. Marneuli rayonunun Yuxarı Saral kənd sakini, 10 yaşlı Dəniz Quliyev 23 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O yarımfinalda gürcü idmançıya qalib gəlib. Finalda isə özündən boyda xeyli hündür və 27 kiloqram çəki dərəcəsində olan Ovanes Arutunyan ilə qarşılaşıb. Gərgin keçən mübarizə nəticəsində Dəniz rəqibi üzərində parlaq qələbə qazanıb. Dəniz Quliyev çempionatın qızıl medalına sahib olub.

Yuxarı Saral kəndindən olan 3-cü sinif şagirdi Məmmədəli Quliyev də çempionatın qızıl medalını qazanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300