Neftçala təhsil şöbəsinin qarşısında etiraz aksiyası-FOTO

 

Bu gün Neftçala rayon təhsil şöbəsinin qarşısında vəzifələrindən kənarlaşdırılan müəllimlər etiraz aksiyası keçirib.

Xəbər verdiyimiz kimi, dünən(27 aprel-red.) Neftçala rayonu Mayak kəndində yerləşən orta məktəbdə fizika müəllimi işləyən, eləcədə AXCP-nin  Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədzadə və xanımı  Neftçala şəhər 3 saylı məktəbin rus dili və ədəbiyyatı müəllimi işləyən Ülkər Əhmədzadə vəzifələrindən kənarlaşdırılıblar.

Buna etiraz olaraq bu gün Neftçala rayon Təhsil şöbəsinin qarşısında etiraz aksiya keçirmiş və "Neftçalada cəbhəçi fəalllara qarşı təqiblərə son qoyun !!!”, "AXCP üzvü olduğumuz üçün işdən çıxarıldıq.Represiyaları durdurun”şüarlaı ilə etiraz ediblər.

Neftçala təhsil şöbəsinin qarşısında etiraz aksiyası-FOTO

Uluyol.info-ya Əflatun Əhmədzadə bunları dedi: "Sevindim ki, nə yaxşı mən müəllim olmuşam, çünki məktəbin bütün yuxarı sinif şagirdləri müəllimlər otağının ağzına cəmləşib ağlayırdılar. Elə bu vaxt 10-cu sinifdə oxuyan qızlardan biri qışqırdı: "Bizim müəllimimizi heç kim sındıra bilməz".Bax, bu əsl qələbədir.Tapdanmış hüquqlarımızı məhkəmə instansiyalarında bərpa etməyə çalışacıq".


Məsələ ilə daha ətraflı aşağıdakı linkdə:


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300