Bu il nəzərdə tutmuşuq ki, qurultayımızı keçirək. Ancaq Lalə Şövkət Hacıyevanın yenidən sədrliyə qayıtmasına ehtiyac yoxdur.

Bunu açıqlamasında Azərbaycan Liberal Partiyanın (ALP) sədri Əvəz Temirxan deyib.

Partiya sədri bildirib ki, Lalə Şövkət ALP-nin lideridir:

"Onsuz da partiyada Lalə xanımın siyasi təcrübəsi nəzərə alınır, hədəfləri əsas olaraq götürülür, əslində, hamımız onun Azərbaycanla bağlı hədəfləri üçün çalışırıq. Bu hədəflər həm də partiyanın proqramına salınıb. Odur ki, Lalə Şövkətin yenidən partiya sədrliyinə gəlməsinə ehtiyac yoxdur. Üstəlik onun özü də buna ehtiyac duymur”.

Əvəz Temirxan müxbirimizin sualına baxmayaraq 1920-ci ilin 28 aprelində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi hadisəsinə münasibət bildirməyib:

"Çinin dövlət rəhbərindən soruşurlar ki, Böyük Fransız İnqilabına nə qiyməti verə bilərsiniz? O da cavabında deyib ki, hələ bunun üzərindən çox az vaxt keçib. Biz 28 aprel tarixinin 100 illiyi ilə bağlı mütləq ortaya mövqe qoyacağıq. Amma sözsüz ki, Xalq Cümhuriyyətinin süqutu Azərbaycanı ən azı 50 il geri atdı”.(teleqraf)

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300