Salyan rayonunda Yol Patrul Xidmətinin maşını qəza törədib, 2 nəfər ölüb və 5 xəsarət alıb. AzEuroNews.com-un məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

YPX maşını 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes” markalı avtomobillə toqquşub.

Yaralılar: Bakı şəhər sakinləri – 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov; 1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov; 1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov; Salyan rayon sakinləri – 1988-ci il təvəllüdlü Elnur Zakir oğlu Əliyev; 1988-ci il təvəllüdlü Natiq Mehdioğlu Məmmədyarovdur.

Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 2-i Reanimasiya, 3-ü isə Travmotologiya şöbəsinə yerləşdirilib.

Ölənlər: Astara rayonunun Ərçivan sakini – 1945-ci il təvəllüdlü Azad Qüdrət oğlu Axundov; Bakı şəhər sakini 1963-ci il təvəllüdlü Emil Teymur oğlu Mahmudovdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.(bastainfo.com)


 

Salyanda ağır qəzaya səbəb olan YPX -nin sürücüsü Məmmədyarov Natiq Mehdi oğlu kimdir? Bizimxeber.az-ın araşdırmalarına görə, 1988-ci il təvəllüdlü YPX-əməkdaşı Natiq Məmmədyarovun qohumlarının əksəriyyəti DYP-də yüksək vəzifə sahibləridir.

Belə ki, Natiq Məmmədyarov Gəncə "MERO”nun rəisi polkovnik Vüqar Məmmədyarovun əmisi oğludur. Vüqar Məmmədyarov uzun illərŞirvan "MERO”nun rəisi vəzifəsində calışıb. N.Məmmadyarovun daha bir əmisi oğlu uzun illər Salyan DYP-nin rəisi işləmiş, hazırda Neftçala rayon DYP-nin rəisi Azad Məmmədyarovdur".

Bizimxeber.az-ın məlumatlna görə, YPX maşınında olan sürücü Məmmədyarov Natiq Mehdi oğlu və polis əməkdaşı Sadıqov Ülvi Səməd oğlunun vəziyyəti qənaətbəxşdir. Digər avtomobildə olanlar isə komadadır."(bizimxeber.az)

 


ec4a8d62-370f-45f8-b9a0-acfdac8bab995330416d-fbe5-458b-9af0-d37c595db16cdc46eb33-7c37-472b-a81f-de91b317ebe7baa97a73-09c8-4c98-b351-7a61ddb80b045709994c-d917-40ee-9451-42a8060f5842e997f3d4-04cf-4286-ae72-2a5c5ad8134a

Bu gün redaksiyamızla əlaqə saxlayan zərərçəkənlərin qohumları saytımız vasitəsilə kömək istəyib."Mercedes"markalı avtobildə hərəkət edən iki nəfərin həyatını dəyişməsi və üç nəfərin ağır vəziyyətə xəstəxanaya yerləşdirilməsi barədə məlumat vermişdik.

Zərərçəkənlərin qohumu kimi özünü təqdim edən  şəxs bunları qeyd etdi: "Mətbuat vasitəsilə yardım istəyirik.Burada YPX-nin günahını ört-bassdır etməyə, iki nəfərin qanı batırmağa və daha üç nəfərin müalicəsini öz üzərinə götürməkdən yayınma halı var.Ölkənin oxunaqlı informasiya portallarıda, ərazidəki şahidlərində və fotolara baxanda açıq-aşkar qəzanı YPX-nin əməkdaşları törətdiyi aşıq-aşkar görünməkdədir.Belə olduğu halda bunlar kimə arxayın olub məsələni öz xeyirlərinə dəyişmək istəyirlər?! Burada insan təlafatından, xəsarətlərdən söz gedir. Ola bilər kiməsə mövzu yorucu gələr.Amma onlar canımızdan, qanımızdan olanlardır.Əzizlərimiz itirdik.Bilmirik dəfinə tələsək, ya xəstəxana dəhlizlərində gəzişək.Qohum-əqraba qarışıb bir-birinə.Biz inanclı şəxslərik.Bilirik, qəzadır.Heç kim istəməz belə bir hal baş versin, amma əgər belə hal olubsa insanlıqla, qanunlarımızla yanaşmalıyıq.İndi YPX-nin qəza törədən şəxsi hansısa məmurun övladıdırsa, o zaman bizim övladlarımızın qanı batmalıdır?!Xahiş edirəm mövzunun gündəmdən düşməyinə imkan verməyin.Ölkədə belə bir hadisə baş verib, təəəssüf ki, bir çox informasiya portalları ilə əlaqə saxlasaqda nədənsə yayınırlar.İndi həkimlər də yayınır , elə məbləğ tələb edirlər ki, biz indi neyləyək.Elə bir dəhşətli qəza baş verib ki, xəstələrin iç orqanları demək olar ki, tamamilə sırada çıxıb".

 

 Məsələ ilə bağlı YPX-nində mövqeyini dərc etməyə hazırıq.

 Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300