Aprelin 26-da Daşkəsən rayonunun Quşçular kəndi ərazisində 6 ton murdar ət aşkarlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində murdar ət "Elba 999” MMC-nin sözügedən kənddəki kəsim sexində tutulub.

Bu haqda Daşkəsən rayonundan məlumat daxil olub. Məlumatda bildirilir ki, "Elba 999” şirkətinin rayon ərazisindəki kəsim sexinin anbarına yığılan murdar ətlər kolbasa-sosis istehsalına gedəcəkmiş. Həmçinin sözügedən şirkətin Bakıdakı və ölkənin başqa rayonları ərazisindəki dönər mağazalarına burdan murdar ət göndərilirmiş.

Məlumatda bildirilir ki, murdar ətlər at-eşşək və ölmüş mal-qara ətləri olub. Bu məhsullar kəsim sexinə Daşkəsənin baş baytarı Füzuli Nağıyevin möhürü ilə qəbul edilib. Baytar həkim guya bu ətlərin mənşəyinin məlum olduğu, gigiyenik baxımdan normalara cavab verdiyi haqda arayış verirmiş. Mənbənin dediyinə görə, bu iş üçün həkimə "Elba 999” şirkətinin rəhbəri Elçin Rüstəmov rüşvət verirmiş.

unnamed.jpg (11 KB)

 

"Elba 999” şirkətinin rəhbəri Elçin Rüstəmov

Hazırda fakt üzrə araşdırma aparıldığı, saxlanılan şəxslərin istintaqa ifadə verdikləri bildirilir.

Xatırladaq ki, "Elba 999” MMC 1999-cu ildən Gəncə şəhərində fəaliyyət göstərir. Şirkətin bir neçə rayonda filialları, o cümlədən Daşkəsəndə kəsim fabriki var. 2015-ci ildə MMC-nin Gəncədəki ət kombinatının açılışında ölkə prezidenti İlham Əliyev iştirak edib. "Elba 999” MMC-nin Gəncədə və Bakıda Has Dönər Haus dönər şəbəkələri var. Deyilənə görə, həmin dönər məntəqələrində əhaliyə murdar ətdən hazırlanmış yeməklər satılır.

et le..jpg (29 KB)

 

Musavat.com daxil olan məlumatda o da bildirilir ki, hazırda Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Gəncəyə ezam olunub. Türkiyədə səfərdə olan nazir Heydər Əsədova da bu haqda məlumat verildiyi deyilir.

Mənbənin bildirdiyinə görə, Bakıda Kənd Təsərrüfatə Nazirliyinin təşkil etdiyi yarmarkalara "Elba" MMC-nin dəstəyi və yaxından iştirakı ilə mənşəyi məlum olmayan ət göndərilir. Bu prosesin neçə illərdir davam etdiyi deyilir.

Əldə etdiyimiz məlumata görə, "Elba 999” MMC-nin sahibi Elçin Rüstəmov da istintaqa cəlb edilib. Onun barəsinə həbs-qətimkan tədbirinin seçiləcəyi istisna edilmir.

Musavat.com "Elba 999” MMC-nin mövqeyini dərc etməyə hazırdır.

ət leş.jpg (31 KB)

 

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300