Dövlət bizik, sən hələ bizi tanımırsan. Biz sizin başınıza oyun açarıq. Xoşunuza gəlmirsə evinizi satıb, çıxıb gedin. Biz icra ilə danışmışıq. 20 min manat icraya pul vermişik. Bizim arxamızda İcra başçısı Arif Qasımov və müavini Ramiz Abdullayev durur”.

Hər il qanunsuz tikili adı altında minlərl vətəndaşın böyük zəhməti bahasına tikdirdiyi mülküyyətlər sökülür. Nizami rayonunda isə İcra Hakimiyyəti və FHN nümayəndələri qanunsuz tikilinin sökülməsinin qarşısını alır.
Nizami rayonu, Naxçıvanski küçəsi bina 39 Mənzil 41 də yaşayan İbadov Elvin Nadir oğlu yaşadığı binanın qarşısında, arxasında və zirzəmisində qonşusu Əhmədov Rəşadın qanunsuz tikdirdiyi tikililərdən şikayətçidir.
Sakin deyir ki, aparılan qanunsuz tikili binaya ciddi ziyan vurub. Təməlində aparılan işlər binanı təhlükəli vəziyyətə salıb. Dəfələrlə baş verən qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara müraciət edib. 2015-ci ildə binanın qarşı tərəfində aparılan tikinti işləri dayandırılıb və qazıntı doldurulub. 2016-ci ilin dekabrında isə kimlərinsə himayəsi ilə tikinti davam etdirilib. Mübahisə yenidən alovlanıb. Bundan sonra yazmadığı, şikayət etmədiyi qurum qalmayıb. FHN qanunsuz tikilinin sökülməsi ilə bağlı akt tərtib edib. İcra hakimiyyəti də qanunsuz tikilinin sökülməsi ilə bağlı məktub yollayıb. Lakin qanunsuz tikinti dayandırılmaq, sökülmək əvəzinə davam etdirilir. Bu işə isə İcra hakimiyyəti və FHN-dən olan bəzi nümayəndələr himayədarlıq edir.
E Əhmədov iddia edir ki, Əhmədov Rəşad və qaynanası Süleymanova Novella mübahisə zamanı ona deyiblər:
"Dövlət bizik, sən hələ bizi tanımırsan. Biz naxçıvanlıyıq başınıza oyun açarıq. Xoşunuza gəlmirsə evinizi satıb, gedin. Biz icra ilə danışmışıq. 20 min manat icraya pul vermişik. Bizim arxamızda İcra başçısı Arif Qasımov və müavini Ramiz Abdullayev durur”.
E.İbadov deyir ki, həmin vaxt Rəşad Əhmədovla mübahisə edərəkən, qaynanası Novella Süleymanova onun sol ayağından kürəklə vurub. Bundan sonra o, R.Əhmədov və onun qaynatası Akif tərəfindən döyülüb. Ciddi xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. İki aya qədər müalicə alıb.Səhhəti hələ də tam bərpa olunmayıb. Döyüldüyü üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə isə cavabdeh tərəfi cəzalandırmayıb.
Xeberdar.net hadisə yerində olub, çəkiliş aparıb və başverənlərlə bağlı E. İbadovdan müsahibə götürüb. Həmin videomüsahibəni oxuculara təqdim edirik:

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300