Yasamal rayonu, Hüseyn Cavid prospektində bu dəqiqlərdə gərgin anlar yaşanır.Musavat.comxəbər verir ki, aAdıçəkilən ünvanda bir müddətdir ki, söküntü işləri ilə bağlı danışıqlar gedirmiş, amma sakinlər onlara təklif edilən qiymətlə razılaşmayıblar. Buna baxmayaraq, bu gün, axşam saatlarında iş maşınları əraziyə gələrək, binaları sökməyə cəhd ediblər.

Bu zaman sakinlərlə söküntü işlərini aparanlar arasında qarşıdurma yaşanıb. Sakinlərin musavat.com-a verdiyi məlumata görə, ərazini almaq istəyən "Olympus Park" yaşayış kompleksinin sahibidir. Həmin şəxs sakinlərin evi üçün ödənişi etmədən evləri sökmək istəyir.

Əldə etdiyimiz məlumata görə, söküntü işlərini aparmağa gələn şəxslər həm sakinlərə, həm də çəkiliş aparmaq üçün əraziyə gələn jurnalistlərə daş atırlar və fiziki güc tətbiq edirlər.

Son dəqiqə aldığımız məlumata görə, artıq evlərdən biri tamamilə uçurulub. Mənzildən ev sahibləri heç bir əşyalarını çıxara bilməyiblər. Söküntü isə davam edir.

 

Məhəmməd Türkmən,musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300