Jurnalist Araşdırma Mərkəzinin direktoru? həbsdə olan jurnalist Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqe Nosreti birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Uluyol.info həmin müraciəti olduğu kimi təqdim edir:

"Azərbaycan Respublikasının Birinci vitse-pezidenti Mehriban xanım Əliyevaya,

Surəti:Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədova,
Surəti: Bakı Ağır Cinayətlər Məhkəməsinə

MÜRACİƏT

Hörmətli xanım Mehriban Əliyeva!

Mən özüm Təbrizdənəm. Amma ömrümün tələbəlik illəri Bakıda keçib. Tale elə gətiribdir ki, Bakıda İbişbəyli Fikrət Fərəməzoğlu ilə ailə həyatı qurmuşuq. Həmin nikahdan 4 və 2 yaşlarında iki övladımız var.

Həyat yoldaşım 20 ilə yaxın jurnalist fəaliyyətilə məşğul olub. Bu illər ərzində ölkədə olan məmur özbaşınalığın sərt şəkildə tənqid edib və dəfələrlə qərəzlərə və əsasən Daxili İşlər Nazirliyinin (DİN) hədəfinə çevrilib.

Yoldaşım 30 iyun 2016-cı il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şərlənərək həbs olunub. Ona elan edilən ittihamı (182.1, 182.2, 182.4) qəbul etmədiyinə görə qeyd edilən idarədə dəhşətli işgəncələrə məruz qalıb. Guya yoldaşım bir qrup şəxslə birləşərək hədə-qorxu gəlmə yolu ilə əxlaqsızlıq yuvası saxlayan şəxslərdən pul alırmış.

İstintaqın gedişi zamanı bir qrup şəxs istintaqa məlum olmayıb. Amma cinayətin bir qrup şəxs tərəfindən törədilməsi guya əsaslandırılıb. İstintaqa məlum olmayan qrupun əməlləri nədən mənim həyat yoldaşımın ayağına yazılıb? Bu absurddur, deyilmi?

Həyat yoldaşımın üzünə duran Mehman Həsənovun, Baxşəli Qurbanovun və Şirin Abdullayevin Bakı şəhərində bir neçə əxlaqsızlıq yuvası saxladıqları və BMCMİ-i tərəfindən himayə olunduqları hamıya məlumdur. Əslində hüquq-mühafizə orqanları buna qarşı mübarizə aparmaq əvəzinə onları nədən müdafiə edir, bu da hamıya aydındır. Məhkəmədə onlardan biri "Fikrətin həbsini "Bandotdel”in rəsindən öyrəndim, dostumdur” dedi.

Yoldaşım bu şəxslərin formal ifadələri əsasında həbs edilib. Ortalıqda heç bir dəlil-sübut yoxdur. Yoldaşımın şəxsiyyəti də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. O, bir yazardır, aydındır, ziyalıdır və əxlaqsızlıq yuvalarının əməllərinin üstünü açdığına görə kimlərisə narahat edib.

Bildirirəm ki, BMCMİ-nin əməkdaşları yoldaşımı müdafə etdiyim üçün dəfələrlə məni də təhdid və şantaj ediblər.

Muxtəlif sayt rəhbərlərinə mənim haqqımda böhtan və iffətimə toxunacaq yazılar yazdırıb məni hədələyiblər.

Bununlada kifayətlənməyib, ölkədən deportasiya ilə təhdid edib, gecə yarısı evimizə daxil olmaqla guya bizi qorxudmağa çalışıblar. Mən bu hədə-qorxu ilə bağlı DİN-ə etdiyim heç bir müraciətim araşdırılmayıb və ya əgər araşdırılıbsa ört-basdır edilib!

Həmçinin diqqətinizə çatdırıram ki, yoldaşıma hadisələrin gedişi zamanı maralı bir məlumatı da məhz BMCMİ-in əməkdaşları özləri deyiblər. Biz Fikrət Fərəməzoğlunun əxlaqsızlıq yuvalarından yazıb DİN-də vəzifə tutan bəzi şəxslərin "biznesi”nə mane olduğu faktını bilirdik Amma yoldaşıma deyilən yeni məlumat da onun həbsinə səbəb olan əsas detallarından sayıla bilər. Deyiblər ki, DİN rəhbərliyi ləvğ olunmuş MTN-ə aid şantaj videoları axtarır və guya onların həyat yoldaşımda da olduğu zənn edilib. Amma bir müddət sonra axtarılan videolar DTX-nin keçirdiyi əməlliyyat nəticəsində başqa şəxslərdən aşkarlanıb. Belə ki, DTX-nin keçirdiyi əməliyyat nəticəsində bir qrup özünü jurnalist kimi təqdim edən və keçmiş MTN-nin nəzarətində olan şəxs ifşa olunub. Həmçinin yoldaşımda olması güman edilən şantaj videoları aşkarlanaraq onlardan götürülüb.

Əslində həyat yoldaşımın şərlənərək tutulmasına səbəb axtarılan və artıq tapılan videolar olub. Bu səbəbdən yoldaşımı şərləmək və illərə dayanan qəzəb və qərəzin hesabını almaq üçün əxlaqsız yuvalarını himayə edən şəxslərdən istifadə olunub. İndi iş-işdən keçib. Həyat yoldaşım qurunun oduna yaş kimi yanıb. İş artıq istintaqdan Bakı Ağır Cinayətlər Məhkəməyə göndərilib.Çox rahatlıqla bir ailəni həbsxana yollarına salıb, iki körpəni atalarından qəddarcasına ayırıblar. Üstəlik cinayətə dair subut istəyəndə santaja əl atırlar. Məgər BMCMİ-i Fikrət Fəraməzoğlunu hədə-qorxuya görə həbs etməyib? Bu idarənin hədə qorxuya əl atmasının səbəbi nədir? Subutların olmaması?!

Bu vaxta qədər Bakı Ağır Cinayətlər Məhkəməsində qaldırılan vəsatətlərdən ancaq birisi təmin edilib. Vəsatətin məğzi bundan ibarət olubdur ki, həyat yoldaşım həbs olunarkən BMCMİ- nin əməkdaşları tərəfindən 30 iyun 2016- cı il tarixdə əməliyyat – axtarış tədbirinin keçirilməsinin nəticələri və maddi sübutların götürülməsi haqqında protokol tərtib olunub. Bu vəsatət qeyd edilən protokol tərtib edilərkən həmin protokola atılan imzanın İbişbəyil Fikrət Fərməzoğluna məxsus olub-olmamasını aydınlaşdırmaq üçün xətt ekspertizasının keçirilməsi barədədir. Qeyd edilən protokolda imzanı həyat yoldaşımın əvəzinə əməliyyatçılar atıb.

Protokolda olan imzanın həyat yoldaşıma məxsus olmamasını bunu protokola atılan imza ilə həyat yoldaşımdan götürülən imza nümunələrini müqayisə edəndə adi gözlə də görmək mümkündür (İmza nümünəsini və protokolu ərizəmə əlavə edirəm). Ancaq məndə olan məlumata görə ekspert "nüfuzlu” müstəntiq və qorxulu əməliyyatçıların əməlini faş etmək imkanında deyil. Yəni haqqı üzə çıxarmaqda o, çox aciz bir durum sahibidir.

Deyilənləri nəzərə alaraq Sizdən

XAHİŞ EDİRƏM:

Qeyd edilən cinayət işini tam nəzarətə götürərək, xəttşünaslıq ekspertizasının və məhkəmənin obyektiv keçirilməsini təmin edəsiniz. Çünki mən və iki körpəm məchul və qorxu dolu həyat yaşamaqdan usanmışıq.

Qoşma:

Protokolun surəti;

İmza nümünəsi.
saytlarda dərc edilən şantaj materiyallar
İmza: F.M.Attar Nosrati."


Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300