Hamiləlik zamanı sağlam qidalanmaq həm özünüz, həm də
doğulacaq körpəniz üçün çox önəmlidir. Bu səbəbdən hamilə qadınların gündəlik
qida rasionunda meyvə və tərəvəzlərin öz yeri olmalıdır. Bəs yüksək qida dəyərinə
malik, ən böyük giləmeyvə sayılan qarpızın hamiləlik zamanı qadının orqanizminə
və eləcə də dünyaya gətirəcəyi körpənin inkişafına nə qədər faydalı olduğunu
bilirsinizmi?
Qarpızın 92%-nin sudan ibarət olması və tərkibindəki meyvə şəkəri hamimilələrdə
daha çox səhərlər müşahidə olunan ürəkbulanmasını və mədə qıcqırmalarını
azaltmağa kömək edir.
Hamiləlik zamanı sıx-sıx qarşılanan simptomlardan biri üzdə, ayaqlarda, əllərdə
olan şişkinlikdir. Qarpızın yüksək miqdarlı su tərkibi sayəsində əzələlərdəki və
damarlardakı tıxanmalar açılaraq şişkinliyin aradan qalxmasına səbəb olur və bədəndə
suyun toplanmasına mane olur.
Tərkibindəki minerallar hamiləliyin üçüncü trimestrində tez-tez rast gəlinən əzələ
qıcolmalarını azaldır. Çoxlu miqdarda lif qaynağı olduğuna görə bağırsaqları hərəkətə
gətirdiyindən hamiləlikdə qəbizlik zamanı da yeyilməsi məsləhət görülür.
Qarpız pomidorla müqayisədə daha çox likopenlə zəngindir. "Super
Foods" kitabının müəllifi Steven Prattın araşdırmalarına əsasən
antioksidant maddə olan likopen nəinki orqanizmi xərçəng və qan-damar xəstəliklərindən
qorumağa yardımçı olur, bədənin immunitet sitemini təbii şəkildə gücləndirir, hətta
insan dərisinin günəşdən qorunma faktorunu da artırır. Beynəlxalq Ginekologiya
və Mamalıq Jurnalı tərəfindən aparılan tədqiqatlara görə gündəlik likopen qəbulu
hamiləlik zamanı ciddi problemlərdən biri sayılan preeklampsiya riskini 50%-ə qədər
azaldır. Həmin araşdırma zamanı gündəlik olaraq 4 qram likopen tətbiq
edilmişdir. Halbuki, bir porsiya qarpızın (300 qram) tərkibində bundan 3 dəfə
artıq - 12 qram likopen maddəsi vardır.
Bundan başqa mütəxəssislər yoxlamışlar ki, qarpızın tərkibində bol miqdarda A,
C və B6 vitaminləri, kalium və maqnezium mineralları vardır. Ana bətnindəki
körpənin inkişafı üçün əhəmiyyətli olan bu maddələr onun görmə qabiliyyətinə,
beyninə, sinir və immunitet sisteminə müsbət təsir edir. Eyni zamanda, kalium
ana üçün də xeyirlidir, belə ki, bu maddə qanda suyun balansını tənzimləyir və
hamiləlik zamanı dərini nəmləndirir.
Üstəlik nəzərə alın ki, siz bütün bu faydaları cəmi 50 kalori olan 300 qramlıq
bir dilim qarpızla təmin edə bilərsiniz.
Hər bir qidanın faydalı tərəfləri olduğu kimi həddindən artıq qəbul edildikdə zərərləri
tərəfləri də meydana çıxır. Qarpız qanda şəkərin miqdarını yüksəltdiyinə görə
gündə bir dilim (300 qram) yeyilməlidir. Bundan başqa çoxlarımız bilirik ki,
qarpız tez xarab olan meyvələrdəndir. Ona görə xüsusilə hamilə qadınlar qarpızı
öz mövsümündə yeməli və yeyərkən onun təzə olduğuna, kəsilmiş qarpızdırsa,
açıqda və ya soyuducuda uzun müddət saxlanmadığına diqqət yetirməlidirlər.
Qarpızı təkcə dilimlənmiş şəkildə deyil, ondan həm də müxtəlif smuzi və
kokteyllər də hazırlayaraq içə bilərsiniz. Smuzi reseptlərindən birini sizə təqdim
etmək istəyirik: 2 stəkan qarpız, 1 stəkan çiyələk, 1 stəkan süd və ya təbii
yoqurt, bir neçə kub buz. Bütün bu məhsulları blenderdə qarışdırandan sonra içə
bilərsiniz. Çiyələyi başqa giləmeyvələr də əvəz etmək olar. Hətta süd və ya
yoqurt əvəzinə sitrus şirəsi (limon, portağal və ya layma) əlavə etmək olar.
Qarpız seçərkən mütləq müxtəlif kimyəvi maddələrdən və preparatlardan azad olan
və təbii yolla becərilmişlərdən istifadə edin.(xalqxeber)
Ulu Yol Xəbər portalı » Maraqlı » Hamiləlik zamanı qarpızın faydaları
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/