Bu gün Azərbaycanın yeyini sənayesi sektorunda lider olmağa iddia edən və hətta müxtəlif vasitələrlə monopoliya yaradan bəzi şirkətlər artıq əmindir ki, bazar iqtisadiyyatında birinci olmaq üçün dürüst işləməyə ehtiyac yoxdur. Qafqaznews.az saytı dəfələrlə qida sektorundakı bir çox şirkətin nöqsanlarını ictimailəşdirib və qərəzsiz şəkildə, bütün tərəflərin mövqeyini oxuculara çatdırmağa çalışıb. Məsələ ondadır ki, bəzi müəssisələr reklamlarına külli miqdarda vəsait xərcləyirlər, amma alıcılara daha keyfiyyətli məhsul təqdim etmək üçün əziyy12506712_145768165796585_1264970452_nətlərinə heyifləri gəlir. Bu gün redaksiyamıza daxil olan müraciətdə "Koroğlu” MMC şirkətinin idxal etdiyi məhsullarından birində qurd tapıldığı deyilir.img1358794

Şikayət edən vətəndaş fotoşəkilləri də göndərib və həmin məhsulu bükərək bir kənarda saxladığını qeyd edib. Rusiyanın "Akkond” şirkətinə aid "Rulada” şokoladlarını "Koroğlu MMC” ölkəmizə idxal edir və bu məhsulların keyfiyyətinə də cavabdehlik daşıyır. Bundan başqa, bu şirkət Azərbaycanda bir neçə şokolad və biskvit fabriklərinə malikdir. Davamlı olaraq ölkə mətbuatında başqa şirniyyat şirkətlərini sıxışdırıb monopoliya qurmaqda2ffdada ittiham olunan "Koroğlu” MMC ilo_18s523f7ekpr4vna5115ti8kjbə bağlı, redaksiyamıza bundan əvvəl də müraciətlər olub. İnanırıq ki, özündə işgüzar məsuliyyət hiss edən istənilən şirkət rəhbəri bu kimi hallara qarşı çıxar, həllinə çalışardı. Biz "Koroğlu” MMC-nin saytında və "Facebook” səhifəsindəki nömrələrlə əlaqə saxlamağa çalışdıq.

Lakin nə mobil nömrə (070 425 26 53), nə də stasionar nömrələr (iş günü olduğu halda – 424 16 53/29) cavab verdi. Şirkətin "Facebook” səhifəsinə də yazdıq, sualımızı cavablandıran olmadı. Öz saytında və "Facebook” səhifəsində xeyriyyə tədbirləri ilə öyünən şirkətin nümayəndələri cəmiyyətlə daha fərqli işləmək üsullarını düşünsələr, yəqin ki, daha şokoladlardan qurd çıxma halları ilə də üzləşmərik. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Sənan Məmmədli

Qafqaznews.az

12468032_145768169129918_1647044361_n12506712_145768165796585_1264970452_n12506987_145768102463258_1006794965_n12511741_145768042463264_1433314878_n (1)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300