70 saylı Masallı şəhər seçki dairəsindən namizəd olan Nəriman
Əliyev Parlamentdə olub, səsi çıxmayan deputatlarımızdandır. Cənub bölgəsində
onu daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar. Onun
Masallı rayonunda "Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olduğu
iddia olunur. Ölkəyə İran İslam Respublikasından idxal olunan xurma və kişmişlə
yanaşı, düyü də Nəriman Əliyevin vasitəsi ilə daşınır. Vaxtilə bu biznesdə
N.Əliyev İrandan olan şəriki ilə çalışıb.
Lakin günlərin birində şəriki ilə birlikdə N.Əliyev həbs edilir. Onlar dəbdəbəli
ofislərdən başlarında qara maska MTN-in təcridxanasına gətirilir. Bəs görəsən,
bu həbsin səbəbi nə imiş? Niyə biznesi gündən-günə çiçəklənən Nəriman Əliyev bir
də gözünü MTN-in "podval”ında açır? O, niyə iranlı biznesmen ortağı ilə
birlikdə Eldar Mahmudovun çetesinin diqqətini cəlb edib? Deyilənə görə, onların
vasitəsilə Azərbaycana gətirilən düyülərin içindən narkotik maddələr
aşkarlanıb. Bu planın kim tərəfindən hazırlandığını, və ya gerçək olduğunu deyə
bilmərik. Çünki ətraflı bilgiyə sahib deyilik.
Sosial şəbəkələrdə dolaşan məlumatlara görə, N.Əliyevin ortağı hətta işgəncə dəzgahından
belə keçirilir. Külli miqdarda pul müqabilində N.Əliyevin ortağı azad olunur və
İrana keçəndən sonra orada müəmmalı şəkildə dünyasını dəyişir. Şəriksiz qalan
N.Əliyev bir müddət biznesindən də əlini üzür.
Eldar Mahmudovun qəbuluna çağırılan N.Əliyevə təklif olunur ki, həmin qaydada işini davam etdirsin.
Orada biznesinin N.Əliyevə külli miqdarda pullar qazandırdığını söyləməklə ölkəyə
gətirilən mallarının yoxlanmayacağını da deyirlər. Beləcə, şəriki müəmmalı şəkildə
ölən N.Əliyev Eldar Mahmudovun adamına çevrilir. Məlumat üçün vurğulayaq ki, Nəriman
Əliyevin adı bu ilin mart ayında həmkarı Elmira Axundova və Masallının icra
başçısı Rafiq Hüseynovla bağlı qalmaqallarda hallanırdı.
Saxta diplomla bir müddət ölkə mətbuatının gündəmini zəbt edən Nəriman Əliyevin
hərbi xidmətdə olmadığı ilə bağlı xəbərlər də yayılmışdı. Hərbi xidmətə
yararsız olan şəxsin deputatlığa nə qədər yararlı olması isə şübhə doğuran məsələlərdəndir.
Bundan başqa, Nəriman Əliyevin şəxsi avtomaşınına 90 AA 133 dövlət nömrə
nişanını almaq üçün 50 min dollar pul xərclədiyi də söylənilir.
Uluyol.info 7News.az-a istinatən xəbər verir ki, "Ştutqart MMC"-nin direktoru
Əfqan Abdullayev Arif oğlunun işçilərə küllü miqdarda məbləğ yükləmə faktı bu
günlərdə ortalığa çıxıb. Dayısı Milli Məclisin Deputatı Nəriman Əliyevin
tutduğu mövqedən istifadə edən Əfqan Abdullayev bir neçə dəfə işçilərini polisə
gətirərək hədə-qorxu ilə boyunlarına küllü miqdarda pul yükləyib. Bunu etməkdə əsas
məqsədi işçilərin ömrü boyu başqa mağazada işləməməsi, işçini özünə borclu edib
həmişəlik şirkətdən aslı etmək istəyidir. Əlacsız qalan vətəndaşın hüquqlarını
qoruyan Azərbaycan Respublikasının Baş Prokurorluğunu, DİN-in "102” xidmətini,
Prezident Administrasiyasını təhqir edən Əfqan Abdullayevin səs yazısı qeydə
alınıb.
Deputatın bacısı oğlu ilə bağlı sosial mediada yayılan bir şikayəti olduğu kimi
təqdim edirik: "Mən Rəfiyev Fərhad Rasim oğlu başıma gələn məmur
özbaşınalığı ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət edirəm. Bu ilin
yanvarında 10 il satıcı işlədiyim "Ştutqart" mağazalar şəbəkəsinin rəhbəri
Əfqan Abdullayev və dayısı şirkətin qeyri-rəsmi sahibi millət vəkili Nəriman
Əliyevin mənə və ailəmə göstərdikləri qorxu və təzyiq nəticəsində mənim bütün əmlakım
əlimdən alındı. Millət vəkili Nəriman Əliyevin mənə telefanla və şəxsən görüş
zamanı etdikləri təzyiqdən sonra mənim 109 kvadratlıq evim bacısı oglu Əfqan
Abdullayevin adına keçirildi. Mənim, həyat yoldaşımın və qardaşımın idarə
etdiyimiz 3 avtomaşın isə deputat Nəriman Əliyevin qardaşı olgu Əliyev Qubad
İmran oglunun adına keçirildi. Bir gün içində mən və həyat yoldaşım göz yaşları
içində qorxaraq bütün əmlakımızı millət vəkili Nəriman Əliyevin bacısı və
qardaşı oglanlarının adına keçirdik. Bütün Azərbaycan ictimaiyyətindən xahiş
edirəm ki, məsələni gündəmdə saxlayasınız. Mən iki övladımla evsiz qalmışam.”
QEYD: 7news.az olaraq növbəti audio-video faktları da təqdim edəcəyik.