Mehman Hüseynov, son yarım əsrdə Elçibəydən başlayaraq onlarla siyasi məhbusun saxlandığı 14-cü kalona – Qızıldaş Cəzaçəkmə Müəssəsinə göndərilib.

Bayıl həbsxanasında köhnə dustaqlar 5 il iş aldığımı biləndə məni təbrik edirdilər. "Kütləvi ixtişaşın təşkilatçısı” kimi 12 il alacağımı gözləyirdilər. Həm də indi hakimiyyətə gələn prezidentə qarşı ixtişaşın əsas, birinci təşkilatçısı olan siyasi dustaq da, ona verilən cəmi 5 il həbs cəzası da, hətta uzun illər "yol getmiş” residivistlərə də qeyri- adi görünürdü. Bizi "torpedo” göndərib kameradaca niyə boğub öldürmürlər deyə məəttəl qalırdılar. Məsləhətləri də bu idi: Hansı zona, hətta tuberkulyoz zonuna gedin, amma 14- cü zona getməyin… Məni 14-cü zona göndərdilər.

O vaxta qədər Azərbaycanda təbiət baxımından Qızıldaş kimi bərbad yerin mövcudluğundan xəbərsiz idim. Külək yoxdusa, nəfəs almaq mümkün deyil, külək varsa, toz-qum qarışığı divar kimi üzərinə gəlir. Lap Afrika səhralarında olduğu kimi günəşin üzü tutulur. Həbsxana termini ilə desək orada "atmosfer” təbii atmosferdən də dəhşətlidi. Bu "zon”un ilk siyasi məhbusu Əbülfəz Elçibəy olub. Sonra biz də olduq. Bizdən sonra da müsavatçılar, cəbhəçilər, NİDA çılar bu "zon”da siyasi məhbus həyatı yaşadı. Müsavat başqanının müavinləri Yadigar Sadıqov, Fərəc Kərimli ilə bəzən 14 saylı cəzaçəkmə müəssəsi haqqında danışırıq. Bəzən pisliklər belə xatirəyə çevriləndə adiləşir. Adama əvvəl dəhşətli görünən sonra adi görünür. Ən böyük dəhşət, elə dəhşətlərin adiləşməsidir.

Biz Elçibəyin həbsxana həyatı barədə Alfred Hiçkokun filmləri kimi düşünürdük. Özümüz bu həyatı daha ağır, daha uzunmüddətli yaşadıq. Bu reallıq bizim üçün adiləşdi. İndi siyasi məhbusların sayı həmişəkindən çoxdu. Bu da adiləşib. İndi siyasi məhbuslar daha uzun müddətə məhkum edilir, bu da adiləşib. İndi 18- 25 yaşlı gənclər siyasi əqidəsinə görə həbs edilir, bu da adiləşib. Əvvəl siyasətçiləri "kütləvi ixtişaşa”, "dövlət quruluşunu dəyişdirmək cəhdi”nə görə həbs edirdilərsə, indi feysbukda yazdığı statusa, videoçəkilişə, sarkazma görə həbs edirlər. Bu gün Azərbaycanda dəhşətləri adiləşdirən, normal həyat tərzinə çevirənlərin hökmranlığı dövrüdür.

Antikommunist fəaliyyətinə görə həbs edilən Elçibəy sonda kommunist rejiminin qənimi oldu.Bu rejimin qənimi 14-cü zonun məhbusu olmaya da bilər, amma yaratdıqları Azərbaycan adlı məhbəsdən olacağı şübhəsizdir.

Mehman Hüseynova azadlıq!

 Arif Hacılı, Müsavat Partiyasının başqanı

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300