Şikayətçi vətəndaş FHN-ə də müraciət edərək, binanın təkrar yoxlanılmasını tələb edir.

"Şirkətin vətəndaşlara kredit verməsi, mənzil satışını xarici valyuta ilə aparması, üstəlik də "gecikmə” faizləri tələb etməsi qanunsuzdur”

Tikinti şirkətlərindən narazılıq edən, mənzillərin baha qiymətə satılmasından və digər problemlərdən şikayət edənlər az deyil. Qafqaznews.az saytı olaraq, vaxtaşırı vətəndaşların şikayətlərini dərc edir və bu cür problemləri işıqlandırırıq. Bu günlərdə redaksiyamıza müraciət edən Tovuz rayon sakini Samir Eldar oğlu Verdiyev öz şikayət məktubunda "Kristal Abşeron” şirkətinin onu aldadaraq, gərəkdiyindən çox pul ödətdiyini yazıb.Qafqaznews.az-bildirir ki, 2014-cü ildə bu şirkətin Xırdalanda tikdiyi binalarda kreditə ev satışı ilə bağlı reklamını televiziya ekranlarından izləyən S.Verdiyev ondan sonra gedib mənzil üçün "Kristal Abşeron”a müracət etdiyini, 62 kvadrat metrlik ikiotaqlı mənzilin 53 min manata alqı-satqısını razılaşdırdıqlarını qeyd edib.12463678_1667040356889168_2027641368_n

"Qeyd edim ki, "Kristal Abşeron” ilə müqavilə bağlayarkən, alıcı qismində həyat yoldaşım Türkan Elman qızı Müseyibovanın adı qeyd olunub. Razılaşmışdıq ki, 15 min manatı ilkin ödəniş olaraq keçirəcəyəm, qalan 38 min manatı isə 12 ay ərzində Azərbaycan Beynəlxalq Bankına kredit kimi ödəyəcəyəm. Müqavilə bağlandığında isə mənə bildirdilər ki, banka gərək yoxdur və pulu aybaay onların ofisində ödəməliyəm. Bundan başqa, mənim sadəlövhlüyümdən istifadə edərək inandırdılar ki, "müqavilədə məbləği 72 min dollar göstərəcəyik, amma sən manatla ödəyəcəksən”. Beləliklə, "Kristal Abşeron” qanunsuz olduğu halda, mənə dollarla alqı-satqı müqaviləsi imzalatdırmış, borcumu tam ödədiyim halda isə yeni məzənnə ilə daha çox pul ödəməyə məcbur edib”.

12463735_1667040440222493_1259940171_nS.Verdiyev yazıb ki, müqavilə imzalandıqdan sonra 4 ay ərzində hər ay 3190 manat olmaqla, ödənişi vaxtlı-vaxtında şirkətin Xırdalandakı ofisinə keçirirdi: "2015-ci ilin fevral ayındakı birinci devalvasiyadan sonra mənə dedilər ki, artıq hər ay 3190 yox, 4290 AZN kredit ödəməliyəm. Həmin vaxtdan sonra, mən 7 ay ərzində hər ay 4290 AZN dəyərində ödəniş etdim, lakin bir neçə gün gecikmələri bəhanə edərək, məndən bir dəfə 177 AZN, bir dəfə də 100 AZN dəyərində "gecikmə” cəriməsi aldılar. Halbuki, aldığım qəbzləri bank vermirdi. Bundan əlavə, şirkət özünün mənzili gec təhvil verməsini də nəzərə almır, amma vətəndaşla hər günün hesabatını aparır”. Vətəndaşın sözlərinə görə, növbəti devalvasiyadan sonra isə, "Kristal Abşeron” ondan soununcu ayın ödənişini 6378 AZN həcmində keçirməyi tələb edib. S.Verdiyev bu məbləği ödəməkdən imtina etdikdə isə ona deyiblər ki, "borcunu tam ödəməsə, mənzilini ala bilməyəcək”. S.Verdiyev vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin göstərişinə baxmayaraq, sözügedən binaların inşaatında tezyanan materiallardan istifadə olunub və bununla da, şirkət vətəndaşların nəinki artıq pulunu alır, həm də insanların həyatını təhlükəyə atır.

Şikayətçi müqavilənin 2014-cü il may ayında bağlandığını və müqaviləyə görə, şirkətin mənzili ən gec 12 ay ərzində təhvil verməyi öhdəsini götürdüyünü qeyd edib: "Öhdəlik müddətindən 7 ay keçib, mənzili hələ indi və səhlənkar şəkildə "təmir olunmuş” halda təhvil verirlər, ona görə də, devalvasiyanın "fəsadlar”ını mənim boynuma qoymağa çalışırlar. Satış müdiri Azər müəllimlə də görüşdüm, dedi ki, müqavilədə necə (xarici valyuta ilə) göstərilibsə, ödənişi də o cür, sona qədər ödəməliyəm. Şirkətin "Facebook” səhifəsində də reklamların manatla edildiyi halda, müştərilərə xarici valyuta ilə müqavilə imzalatdırmaq qanunsuzluqdur.12483440_1667040413555829_736575439_n

Mən hüquqlarımı bilmədən o müqaviləni səhvən imzalaya bilərəm, amma dövlətin qanunlarından, imkanlarından yararlanan bir şirkətin vətəndaşları bu cür aldatması yolverilməzdir”. "Mən o şirkətə borcumu çoxdan ödəyib bitirmişəm. Mənim sadəlövhlüyümdən istifadə edərək, məni aldadıblar, indi isə artıq pul tələb edirlər. Həmçinin, bir şirkətin vətəndaşlara Mərkəzi Kredit Reyestrində qeydiyyatı olmayan kreditlərin verməsi, mənzil satışını xarici valyuta ilə aparması, üstəlik də "gecikmə” faizləri tələb etməsi qanunsuzdur. Məndən daha 6378 manat pul tələb edirlər, yoxsa, mənzilimi verməyəcəklər. Sizdən xahiş edirəm, bu məsələni işıqlandırmaqda və hüquqlarımın qorunmasında mənə dəstək verəsiniz”, – deyə Samir Verdiyev  öz şikayət məktubunda əlavə edib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinə də müraciət etdiyini, binanın təhlükəsizlik baxımından bir daha yoxlanılmasını tələb etdiyini bildirib.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Sənan Məmmədli

 Qafqaznews.Az

1 (5)11 (1)1 (2)1 (3)1 (4)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300