Qarabağ cəbhəsində ölümcül güllə yarası alan erməni hərbçi 19 yaşlı Tatul Arutyunyanın durumu kiritik olduğundan o, Dağlıq Qarabağdakı hospitaldan İrəvana aparılıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, 17 apreldə qarşı tərəfdən açılan cavab atəşi nəticəsində ağır yaralanan işğalçı ordunun hərbçisinın vəziyyəti ağırdır. Ermənistan tərəf onun cəbhənin şimal istiqamətində Azərbaycan ordusu tərəfindən hədəfə alındığını iddia edib.

Qeyd edək ki, düşmən günbəgün vəziyyəti gərginləşdirməyə doğru addımlar atmaqla Azərbaycan ordusunu daha sərt tədbirlərə əl atmağa sövq edir. Elə bu gün, aprelin 21-cı Qarabağ separatçılarının lideri Bako Saakyan Xocavənd rayonuna gəlib. Sözsüz ki, separatçı lider bununla davamlı itkilərə görə narahat olan erməni əhali və hərbçiləri sakitləşdirməyə çalışır. Erməni mediasının məlumatına görə, separatçıların rəhbəri "tikinti işlərinin və daxili yolların çəkilişi ilə maraqlanıb, işlərin keyfiyyətli aparılması ilə bağlı tapşırıqlarını verib”.

Daha sonra o, Kəlbəcər rayon mərkəzinə gedib və 5 saylı orta məktəbin müəllimləri ilə görüşdə onları narahat edən probləri dinləyib. Şübhəsiz ki, B.Saakyan bununla da öz varlığını sübut etməyə, həmçinin əhalidəki təşvişə son qoymağa çalışır. Ancaq bütün hallarda bu nümayişkəranə həyasızlığı ilə o, Azərbaycana sərt tədbirlərə əl atmaq üçün kifayət qədər əsaslar yaradır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300