Xəbər verdiyimiz kimi, bu gün Təhsil Nazirliyi ali təhsil müəssisələrinin təhsil haqqını ABŞ dolları və ya digər bir ölkənin pul vahidi ilə tələb etmə haqqının olmadığı ilə bağlı açıqlama verib.

Amma bu qaydaya əməl etməyərək tələbələrdən dollarla təhsil haqqı tələb edən və hətta bunu elan formasında universitetin divarına vuran rektorlar var.

"Qafqazinfo” xəbər verir ki, belə hal Təfəkkür Universitetində qeydə alınıb. Universitet rəhbərliyi yerləşdirdiyi elanda, fevralın 1-nə kimi ödənilməyən təhsil haqqının həmin tarixdən sonra dollarla alınacağı yazıb:

"Elan

Tələbələrin nəzərinə,

Cari tədris ilində təhsil haqqından borcu olan tələbələr borclarını 01 fevral 2016-cı il tarixə qədər ödəmədikləri təqdirdə, qlamış borclar qeyd olunmuş tarixdən sonra ABŞ dolları məzənnəsi ilə ödəniləcək.

Təhsil haqqını ödəməyə tələsin!

Rektorluq”.

Xatırladaq ki, Təhsil Nazirliyi verdiyi açıqlamada qeyd edib ki, təhsil haqlarının manatla ödənilməsi şərti tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə də öz əksini tapıb.

Qeyd edək ki, daha öncə də Bakı Qızlar Universitetində təhsil alan tələbələrdən manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsi tələb olunduğu barədə məlumatlar yayılmışdı.

 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300