"Mənim bunlara qarşı olmağımın səbəbi həbsxanada birlikdə olduğum Abgül Süleymanovun şəxsən mənə "Azərbaycan tağut dövlətidir”, "sizin ideologiyanız olan Müsavatçılıq ideologiyasında haram olan Qərb demokratiyası və haram olan Türkçülük var” deməsidir”

Keçmiş vicdan məhbusu, AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullayev AXCP sıralarından istefa verdiyini bəyan edib. Elvin Abdullayev aprelin 20-də özünün feysbuk səhifəsində paylaşdığı yazıda istefasının səbəblərini izah edib və siyasi fəaliyyətini Müsavat Partiyasının sıralarında davam etdirmək istədiyini bildirib.

Bəyanatı təqdim edirik:

"Bu gündən üzvü olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdiyimi bəyan edirəm. Bundan sonrakı siyasi fəaliyyətimi Müsavat Partiyası sıralarında dəvam etdirmək istəyirəm. Bu fikirə gəlməyimə bir çox səbəblər var.

1. Partiyada fərqli fikir səsləndirənlərə qarşı partiya rəhbərliyinin göstərişi amansız hücumlar edilir. Hərdən bu hücumlar təhqir səviyyəsinədə olur. Hətta adama xain,satqın deməkdən belə çəkinmirlər.

2.Partiya arxada "dindarlardan istifadə etməliyik” xəttini tutaraq İranmeyillilərlə birlik təşkil olunur. Bu siyasətə qarşı gəlib fikir bildirdikdə isə adamı xain, agent və satqın elan edirlər.

3.Mənim bunlara qarşı olmağımın əsas səbəbləri isə həbsxanada, 6 saylı cəza çəkmə müəssisəsinin karantinində 11 gün birlikdə olduğum İranmeyillilərin liderlərindən biri Abgül Süleymanovun şəxsən mənə "Azərbaycan tağut dövlətidir”, "sizin ideologiyanız olan Müsavatçılıq ideologiyasında haram olan Qərb demokratiyası və haram olan Türkçülük var” deməsidir. 14 saylı Cəza Çəkmə Müəssisəsindədə eyni hallarla rastlaşdım. Əksəriyyəti Xamneyinin, Hizbullahın, Hacı Abgülün, Hacı Talehin tərəfdarı olan bu adamlar hətta Azərbaycan Bayrağını söyməkdən, ona tağut bayrağı deməkdən və "onun yerinə qara bayraq olacaq” deməkdən belə çəkinmirdilər. Mənim bu mövzuda onlarla bir çox mübahisələrim oldu.

Bunları nəzərə alaraq qərara aldım ki mən bu düşüncəni daşıyan insanlarla və onlara açıq dəstək verən insanlarla bir sırada ola bimərəm.

Xatırlatma

Elvin Abdullayev Cinayət Məcəlləsinin müxalifətçi gənclər üçün ənənəvi olan 234.4.1 və 234.4.3-cü maddəsi (narkotik maddələrin qanunsuz dövriyyəsi) üzrə ittihamı ilə həbsdə yatıb.AXCP Gənclər Komitəsi Elvin Abdullayevin siyasi motivlərlə həbs olunduğunu bildirib.

"Elvin Abdullayev sosial şəbəkələrin fəal iştirakçısı olub və hakimiyyətin siyasətini kəskin tənqid edən statuslar yazıb. Hakimiyyət isə öz "ənənə”sinə sadiq qalaraq tənqidçilərini cəzalandırmağa davam edir”, – Gənclər Komitəsinin bəyanatında qeyd edilib.

Elvin Abdullayev 2017-ci ilin mart ayında həbsdən azad edilib.

Bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300