"Facebook” bildirir ki, hazırda elə bir texnologiya üzərində çalışır ki, insanlar əllərə və nitqə ehtiyac olmadan sadəcə beyinləri ilə yaza biləcək və dəriləri ilə eşidə biləcəklər. Bildirilir ki, "səssiz danışıq” proqramı sayəsində dəqiqədə 100 söz yazmaq mümkün olacaq. Layihənin ilkin mərhəsləsində o tələb olunur ki, beyinə hər hansı cərrahi müdaxilə olmadan yeni texnologiya beyin dalğalarını tuta bilsin.
"Biz sizin fikirlərinizi təsadüfən deşifrə etməkdən bəhs etmirik” – layihənin rəhbəri Recina Duqan bildirib. Layihəyə görə, əllərə və nitqə ehtiyac olmadan insan öz fikirlərini kompüterdə birbaşa yaza biləcək.
"Sizin çoxlu fikirləriniz var və siz onlardan
sadəcə seçdiklərinizi paylaşırsınız”, -Mark Zukerberq deyib.
Reci Dugan Facebook şirkəti tərəfindən "Buildinq 8” layihəsinə rəhbərlik etmək üçün dəvət
edilib. Şirkət bildirir ki, bu ideyanın gerçəkləşdirilməsi üçün 60-dan çox alim
üzərində çalışır.
Mark Zukerberq bildirir ki, bu texnologiyanın nəticəsində insanlar indikindən
beş dəfə daha tez fikirlərini yaza biləcəklər.
Layihə nəinki beyinlə idarə olunan, eyni zamanda dəri vasitəsilə insanların
eşidə biləcəyini hədəfləyir. Yəni insanla dəri vasitəsilə də kommunikasiya
yarada biləcəklər. Şirkət bildirir ki, bu texlonologiya sayəsində insanlar tək
qulaqla deyil, eyni zamanda dəriləri ilə də eşidə biləcəklər. Bu layihə
korların əlifbası ilə müqayisə edilir.
Bu texnologiya vasitəsilə beyinə hər hansı bir çip yerləşdirmədən beyin
kompüteri idarə edəcək və fikirlərini yaza biləcək. Layihə gerçəkləşdirilərsə
texnologyanı hazırki durumundan üst səviyyəyə götürəcək kəşf olacaq.