Yeni televiziya kanalı yayıma başlayır
 
Avropada yaşayan, əsasən Güney Azərbaycandan olan milli fəalların əməyi nəticəsində yanvarın 15-dən etibarən yeni televiziya - "Oğuz TV" fəaliyyətə başlayır.
Bu haqda redaksiyamıza Ümid Partiyasının sədr müavini Rüfət Muradlı məlumat verib. O bildirib ki, Azərbaycanın Milli fəallarinin milli iradəsi və əməyi sonucunda dekabrın 31-də Oğuz media qrupunun varlığı elan olunub və "Oğuz TV-Radio"adı altında 15. 01.2016 tarixindən İnternet üzərindən yayıma başlayacaqdır. "Oğuz" media qrupu Türk millətinin səsi olmağı məram seçərək , öz imkanları daxilində, başda Azərbaycanın Güneyi olmaqla, Bütöv Azərbaycan və Türk Dünyası məsələlərini əks etdirəcəkdir.
 
Mediya qrupunun yayım öncəsi yaydığı bildirişdə Azərbaycanın və Türk Dünyası milli düşüncəli insanları və media qruplarından  "Oğuz TV" -nin Milli davada təsirli olması üçün onun fəaliyyətinə yardım göstərmələri istənilib. Azərbaycanımıza xeyirli, uğurlu olsun!
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300