Rusiya, Türkiyə və İranın Suriya məsələsində Avropa və ABŞ-sız əməkdaşlığı bizdə narahatlıq yaradır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer söyləyib.
O, yalnız bütün tərəflərin iştirak etdiyi əməkdaşlıq çərçivəsində Suriya ilə bağlı ağıllı qərarın qəbul oluna biləcəyini söyləyib.