Azərbaycan Silahlı Qüvvələrinin
təlimlərinin növbəti mərhələsində qoşunlar yerləşdikləri rayonlardan açılma həddinə
çıxmaq üzrə tapşırıqları yerinə yetiriblər.
Uluyol.info-nun Müdafiə
Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, artilleriya, hava
hücumundan müdafiə vasitələri, aviasiya və xüsusi növ qoşunların digər bölmələri
tapşırıqları təlimin şərtlərinə uyğun yerinə yetiriblər.
Qeyd olunub ki, təlimlərin bu mərhələsinin əsas xüsusiyyəti qoşunların qaranlıq
vaxtı hərəkətinin təşkili və həyata keçirilməsidir ki, bu da işığı maskalama
(gizlətmə) üzrə əlavə tədbirlərin görülməsini tələb edir.
Təlimlərdə əsas diqqət həmçinin tapşırıqların dəqiq və vaxtında icra edilməsi məqsədilə
qoşunların hərtərəfli təminatına, komendant və mühəndis xidmətlərinin fəaliyyətinə
yönəldilib.
Ulu Yol Xəbər portalı » Region » Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/