İqtisadçı ekspert: "Azərbaycan dayanıqlı iqtisadi inkişafa, yalnız qeyri-neft sektorunun inkişafı və qeyri-neft sektoru üzrə ixracatın artırılması ilə nail ola bilər”

 

"Neftin qiymətinin dünyabazarında aşağı səviyyədə qalması, neftin qiyməti ilə bağlı proqnozların da nikbin olmaması ondan xəbər verir ki, artıq sözün həqiqi mənasında neft erası bitib və postneft erası başlayıb”.

 

Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanda qeyri-neft sektorunun inkişafına olan menaələrin səbəbin və bu istiqamətdə atılan zəruri addımların nəticələrin PİA.AZ-a şərh edərkən deyib.

 

Xəbər verdiyimiz kimi bu gün Yevlaxda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib. Müşavirə dövlət başçısı qeyd edib ki, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib: "Bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir”.

 

Qeyd edək ki, ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsi və bir çox sahələri əhatə etməsi müşahidə olunur. Bu sırada Azərbaycanda bir neçə qeyri-neft sahələrinin inkişaf etdirilməsi də xüsusi əhəmiyyətə malikdir. Ölkəmizdə qədim ənənələri olan bu sahədə yeni texnologiyaların tətbiq olunması, dünya standartlarına cavab verən ixrac məhsullarının hazırlanması indi qarşıda duran prioritet məsələlərdən biridir. Digər tərəfdən bu sənaye sahələrinin regionlarda inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan məqsədlərin reallaşdırılması bölgələrdə başlanan inkişaf proseslərinin daha güclü xarakter almasına imkan verir.

 

Bəs qeyri-neft sektorunun inkişafı qənaətbəşdirmi və əsasən hansı sahələrə daha çox diqqət ayrılmalı və sərmayə qoyulmalıdır? Ümumiyyətlə qeyri-neft sektoruna qoyulan sərmayələrdən səmərəli istifadə olunurmu və qeyri-neft sektorunun inkişafı üçün əsas maneə nədir: bürokratiya, korrupsiya, yoxsa sərmayə çatışmamazlığı?

 

Bu mövzu ilə bağlı iqtisadçıVüqar Bayramovöz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

 

Image result for vüqar bayramov pia.az

Vüqar Bayramov: "Azərbaycan hökuməti çalışmalıdır ki, qeyri-neft ixracatının ümumi ixracatda payının kəskin artımına nail olmaq mümkün olsun”.

 

İqtisadçı ekspertin fikrincə, Azərbaycanın təkcə ərzaq və qida məhsulları deyil, həm də, sənayə məhsullarının dünya bazarlarına və yeni bazarlara çıxışını təmin edilməsinə ehtiyac var. Bütün bunların həyata keçirilməsi üçün də dövlətin dəstəyi olmalıdır. Azərbaycan dövləti qeyri-neft sektoruna dəstəyini artırdıca, daha çox məhsul ixracatına nail olmaq mümkün olacaq:

 

"Təbii ki, qeyri-neft sektorunun inkişafı vacibdir. Neftin dünyabazar qiymətinin aşağı düşməsi birmənalı şəkildə məhz Azərbaycan üçün qeyri-neft sektorunun inkişaf etdirilməsini və eləcə də qeyri-neft ixracatının artırılması ilə bağlı vacib məsələni gündəmə gətirdi. Azərbaycan dayanıqlı iqtisadi inkişafa, yalnız qeyri-neft sektorunun inkişafı və qeyri-neft sektoru üzrə ixracatın artırılması ilə nail ola bilər. Neftin dünyabazarında qiymətinin aşağı səviyyədə qalması, neftin qiyməti ilə bağlı proqnozların da nikbin olmaması ondan xəbər verir ki, artıq sözün həqiqi mənasında neft erası bitib və postneft erası başlayıb. Postneft erası da qeyri-neft ixracatının artırılmasının vacibliyin özündə ehtiva edir.

 

Buna görə düşünürəm ki, Azərbaycan üçün qeyri-neft sektorunun ixrac qabliyyətinin artırılması, və yalnız aqrar deyil eyni zamanda, emaledici və sənayə məhsullarının ixrac edilməsi imkanlarının genişləndirilməsi olduqca vacibdir. Prezidentin keçirdiyi son müşavirədə də qeyri-neft sektorunun ixrac potensialına və ixrac imkanlarına ayrıca diqqətin ayrılması təqdirə layiqdir. Təbii ki, Azərbaycan hökuməti çalışmalıdır ki, qeyri-neft ixracatının ümumi ixracatda payının kəskin artımına nail olmaq mümkün olsun. Bizim tədqiqatlar da göstərir ki, qeyri-neft ixracatını qruplaşdıran zaman qısa müddətli ixrac qabliyyətinə malik olan sektorları və eyni zamanda strateji sektorları bir-birindən fərləndirmək lazımdır.

 

Vüqar Bayramov: "Qeyri-neft sektorunun inkişafı üçün əsas maneə təbii ki, sərmayə çatışmamazlığıdır”.

 

Qeyd edim ki, qısa müddətli ixrac potensialına malik olan sektorlar aqrar sektordur. Yəni bu sektor qida sənayesidir, ərzaq məhsullarının istehsalıdır. Eyni zamandan bu kateqoriyaya neft məhsullarından kənar, kimya sektorunda istehsal olunan məhsullar da daxildir. Kimya sənayesinin də Rusiya, Qazaxıstan, hətta Yaxın Şərq ölkələri kimi bazarları var. Bildiyimiz kimi qida məhsulların da bazarı genişdir. Bu bazara Körfəz ölkələrin də daxil etsək, bu zaman görərik ki, qida məhsulları alıcılıq qabliyyəti kifayət qədər yüksüək olan Körfəz bazarlarına da çıxarıla bilər. Bunun üçün isə təbii ki, bu sektorun dəstəklənməsi olduqca vacibdir.

 

Onu da qeyd edim ki, bu sahədə rəqabət güclü olsa belə, Azərbaycan yüngül sənaye məhsullarını, Rusiya bazarlarına və yeni bazarlara çıxarda bilər. Daha uzun dövrdə isə sənayə məhsullarında istehsalın artırılması və dəstəklənməsi məqsədə uyğundur. Azərbaycanın təkcə ərzaq və qida məhsulları deyil, həm də, sənayə məhsullarının dünya bazarlarına və yeni bazarlara çıxışını təmin edilməsinə ehtiyac var. Bütün bunların həyata keçirilməsi üçün də dövlətin dəstəyi olmalıdır. Azərbaycan dövləti qeyri-neft sektoruna dəstəyini artırdıca, daha çox məhsul ixracatına nail olmaq mümkün olacaq. Bu baxımdan aqrar sektora dövlət dəstəyinin artırıldığın nəzərə alsaq, daha məqsədə uyğundur ki, subsiyalaşma və digər maliyyə mexanizmlərinin növbəti mərhələdə qeyri-neft sektoruna da tətbiqinə ehtiyac var.

 

Vüqar Bayramov: "Bu sahədə rəqabət güclü olsa belə, Azərbaycan yüngül sənaye məhsullarını, Rusiya bazarlarına və yeni bazarlara çıxarda bilər”.

 

Qeyri-neft sektorunun inkişafı üçün əsas maneə təbii ki, sərmayə çatışmamazlığıdır. Qeyri-neft sektoruna dövlətin dəstəyi subsidiya, maliyyə dəstəyi, vergi güzəşti və digər formalarda ola bilər. Amma sərmayəni biznes özü yönəltməlidir. Çünki burada artıq qeyri-neft sektoru özəl sektorda istehsal edilən məhsul istehsalı nəzərdə tutuduğu üçün biznesin sərmayə imkanları olduqca vacibdir. İndiki məqamda qeyri-neft sektrounun inkişafına mane olan faktorları qruplaşdırdıqda etiraf etmək lazımdır ki, son iki ildə bir sıra suni əngəllərin aradan qaldırılması istiqamətində addımlar atılır.

 

Bu addımlara misal olaraq yoxlamaların iki il müddətində qadağan edilməsini, lisenzilaşma sahəsində aparılan islahatları və digərlərini göstərmək olar. Amma yenə də bizim tətqiqatlar göstərir ki, suni bariellər daha çox bölgələrdə müşahidə edilir. Yəni iş adamlarının fəaliyyətinə müdaxilə rayonlarda daha çoxdur. İlk növbədə bu müdaxilələrin aradan qaldırılmasına ehtiyac var. Eyni zamanda da maliyyə resurslarından çıxış imkanları artırılmalıdır, həmçinin verilən kreditlər faizsiz olmaıdır və Kreditlərə Zəmanət Fondunun yaradılmasının surətləndirilməsinə ehtiyac var. Çünki sahibkarlar bu kreditlərdən faydalanmalıdırlar”.

 

NərminəUMUDLU, pia.az

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300