Məhərrəm Əvəzovun "təhlükəli” hesab etdiyi ərazidə indi imarətlər ucalır

 

Məşhur Azərbaycan kəşfiyyatçısı, faşist Almaniyasının qorxulu kabusu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin adına Bakının Abşeron rayonunun Novxanı kəndində salınması nəzərdə tutulan parkın ərazisi kəndin keçmiş bələdiyyə sədri Məhərrəm Əvəzov tərəfindən satılıb.

 

Bu barədə redaksiyamızı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, kəndin Masazır qəsəbəsi tərəfdən girişində salınması nəzərdə tutulan park təxminən bir hektara qədər ərazini əhatə etməli idi. Parkda cəsur kəşfiyyatçının heykəlinin qoyulması, habelə, kənd sakinlərinin istirahəti üçün hər cür şəraitin yaradılması nəzərdə tutulurdu. Lakin birdən-birə bu böyük və hərbi vətənpərvərlik tərbiyəsinin təbliği baxımından mühüm önəm kəsb edən məlum layihədən imtina olunub. Səbəb isə M.Əvəzovun ərazi ilə bağlı irəli sürdüyü təqdimat olub.

 

Bələdiyyə sədri "kəşfiyyatçının payına” əl uzadır: "Ora sürüşmə zonasıdır…”

 

Mənbənin məlumatına görə, magistral yolun kənarında salınacaq nəhəng parkın şəxsi biznes baxımından ciddi perkspektiv vəd etdiyini anlayan M.Əvəzov, həmin torpaq sahəsinə əl qoymaq üçün ilginc üsula əl atır. Əlaqədar qurumları həmin ərazinin aktiv sürüşmə zonasında yerləşdiyinə inandıran M.Əvəzov, israrla iddia edir ki, burada park salmaq maliyyə itkisindən, "boş yerə əmək sərf etməkdən” başqa bir şey deyil.

M.Əvəzovun müdaxiləsindən sonra qeyd edilən ərazidə M.Hüseynzadə adına parkın salınmasından imtina olunur. Daha sonra M.Hüseynzadənin parkda qoyulması nəzərdə tutulan heykəli Novxanı kəndindəki məktəbin həyətinə qoyulur.

 

Məhərrəm Əvəzov "sürüşmə zonasını” zəbt edir və qarış-qarış satır…

 

Bilgili mənbənin məlumatına görə, "park təhlükəsini” dəf edəndən qısa müddət sonra M.Əvəzov həmin ərazini öz şəxsi dədə-baba mülkü kimi sot-sot, qarış-qarış satmağa başlayır. M.Əvəzovun sürüşmə zonası kimi təqdim etdiyi ərazidə bir neçə yaşayış evi inşa edilir. Hansı ki, həmin evlərdə bu gün də aktiv məskunkaşma mövcuddur və hələ ki, heç kim sürüşmə problemi ilə üzləşməyib.

 

Mənbənin sözlərinə görə, "kəşfiyyatçı payına” əl uzadan M.Əvəzovla bağlı bu hadisə onun Novxanı kəndi ərazisində həyata keçirdiyi çoxsaylı qanunsuzluqlardan sadəcə biridir. Keçmiş bələdiyyə sədrinin ölkədə analoqu olmayan özbaşınalıqlara imza atdığını bildirən mənbə, bu hadisələri haqqında redaksiyamıza müfəssəl məlumat verəcəyini vurğualayıb. (Cumhuriyyət)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300