İrandakı Azərbaycan xalqının hüquqları üzrə assosiasiya əsasən etnik azərbaycanlıların çoxluq təşkil etdikləri şəhərlərdə ölüm cəzasının tətbiqi haqda məruzə dərc edib.

 

"Qaynar" virtualaz.org-a istinadən xəbər verir ki, assosiasiyanın hüquq müdafiəçiləri narahatlıqla qeyd edirlər ki, Azərbaycan şəhərlərində ölüm hökmlərinin sayı çox sürətli templə artır. Belə ki, 2015-ci ilin oktyabrından 2016-cı ilin oktyabrınadək İranda bütovlükdə 588 insan edam edilibsə, onlardan 187-si Azərbaycan əyalətlərindən olanlar olub.

 

Onlardan yarısı narkotiklərlə bağlı cinayətlərə, dörddə biri zinalara və qalanları siyasi fikirlərə və təhlükəsizlik məsələlərinə görə ölüm cəzasına məhkum ediliblər.

 

İranda edam edilmiş hər on adamdan biri Qərbi Azərbaycan əyalətinin sakinidir. Ölüm hökmlərinin yayılma dərəcəsi üzrə sonrakı yerlərdə Şərqi Azərbaycan (8%) Ərdəbil (7%), Qəzvin (6%), Zəncan və Həmədan gedir.

 

Hüquq müdafiəçiləri, həmçinin narahatdırlar ki, rəsmi məlumatlarda ölüm cəzasının yalnız az bir hissəsi əksini tapır. Onların fikrincə, reallıqda edam olunanların sayı rəsmi mənbələrdə göstərilənlərdən dəfələrlə çoxdur.

 

Hüquq müdafiəçiləri Azərbaycan şəhərlərində edamların sayının artmasına görə həm də o səbəbdən narahatdırlar ki, hakimlərin qərarları çox vaxt törədilən cinayətlərə adekvat olmur.

 

Sonda qurum İranda edam edilmiş etnik azərbaycanlıların uzun siyahısını təqdim edib və vurğulayıb ki, hələlik yalnız onların adlarını dəqiqləşdirə bilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300