İSRAİL 11 MİLYON DOLLARI AZƏRBAYCAN BANKINDA NİYƏ GİZLƏDİB?
 
İsraildə BSD Crown investisiya və ərzaq ticarəti şirkətinin səhmdarı şirkətə məxsus 11 milyon dolların Azərbaycan bankında hansı səbəbdən gizlədildiyinə dair sorğu verib.

İsrail mənbələri xəbər verir ki, şirkətin 18 min 652 ədəd səhminə malik olan Eldad Levi səhmdar cəmiyyətlər haqda yerli qanunvericiliyə istinad edərək şirkətin müəyyən maliyyə sənədlərinin, o cümlədən Avstriya bankındakı 30 milyon dollarlıq depozit hesabına və Azərbaycandakı bank hesabındakı 11 milyon dollara dair sənədlərin açıqlanmasını tələb edir.
İddiaçı bildirir ki, bu sənədlərin açıqlanması şirkətin həmin vasaitləri qanuni əsasda yerləşdirib-yerləşdirmədiyini müəyyən etməyə kömək edəcək. İnvestor hesab edir ki, şirkət vəsaitləri xarici banklarda gizlədərək səhmdarlara dividendlərin verilməsindən yayınmaq istəyir.
Şirkət isə iddiaçının ərizəsində göstərilmiş tələblərlə bağlı vəkillərin araşdırma apardığını açıqlayıb.
BSD Crown yüzlərlə adda ərzaq məhsullarının distributorluğunu həyata keçirən Willi Food şirkətinin səhmlərinin mülkiyyətçisidir. Şirkətin nəzarət səhm paketi Ukraynanın Odessa vilayətindən olan yəhudi biznesmen Aleksandr Qranovskidir. Hazırda o, Ukraynada bizneslə məşğuldur.
Şirkətin səhmlərinin bir qisminə nəzarət edən investorlar bundan əvvəl də Qranovskini İsraildəki aktivlərindən de-fakto yaxa qurtarmaq üçün gizli sövdələşmələrdə ittiham ediblər. Belə ki, Qranovski İsrael-18 adlı şirkətinin nəzarət səhm paketini odessalı biznesmen Qriqori Qurtova satıb. İsrael-18 şirkəti isə BSD Crown Ltd. şirkətini idarə edir.(virtualaz.org)
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300