Kredit kartlarınızın kodunu ələ keçirmək istəyən bir qrup şəxs yeni üsula əl atıb.

Uluyol.info baku.ws-ə istinadən xəbər verir ki, həmin şəxslər bu dəfə "Whatsapp" vasitəsi ilə kredit kartlarınızı ələ keçirməyə çalışırlar. Onlar bunu sizə mesaj göndərərək edirlər. Belə ki, "Whatsapp" istifadəçilərinə üzvlüyü yeniləməli olduqlarını bildirən mesaj göndərirlər. Mesajda üzvlüyünüzü yeniləmək üçün göstərilən ünvan "Whatsapp.com" yazılsa da, linkə toxunduğunuzda başqa bir ünvana daxil olursunuz. Bunun səbəbi saxtakarların əsl web saytını HTML kodunda gizlətməsidir.

Sözügedən linkə daxil olduğunuzda kredit kartı məlumatlarınızı yazacağınız saxta bir səhifə açılır. Üzvlüyünüzü yeniləmək üçün nəzərdə tutulmuş bir səhifə kimi görünsə də, məlumatlarınızı qeyd etdikdən sonra üzvlüyünüzü yenilənmir. Çünki məlumatlarınız tamam başqa ünvana ötürülür.

Hazırda mesaj istifadəçilərə ingilis dilində göndərilir. Ancaq orada qeyd olunanları Azərbaycan dilinə tərcümə etsəniz, bu yazılacaq: "Diqqət! WhatsApp Messenger üzvlüyünüz bitmək üzrədir". Sizə gələn bu tip mesajları açmadan silməyiniz məsləhətdir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300