Kolumbiya Milli Qurtuluş Ordusu Kauka bölgəsinin ərazisində olan Korinto şəhərinin patrul nəzarətçilərinə hücum edib.

Axar.az xəbər verir ki, bu haqda Kolumbiya mətbuatı məlumat yayıb.

Hücum nəticəsində bir əsgər ölüb, ikisi yaralanıb.

Kolumbiya Prezidenti Xuan Manuel Santos sosial şəbəkə hesabında hücumu pisləyib və ölən əsgərin ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Kolumbiya hökuməti ilə Milli Qurtuluş Ordusu arasında bu ilin fevralın 7-dən etibarən sülh danışıqları başlasa da, tərəflər buna əməl etmir.

Xatırladaq ki, 48 milyondan çox əhalisi olan Kolumbiyada yarım əsrdən çoxdur davam edən vətəndaş müharibəsində 260 minə yaxın adam ölüb, 6 milyondan çox adam ölkəni tərk edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300