İraqın Kərkük şəhərinə bağlı Yahyava bölgəsində yerləşən partiya qərargahı yandırılıb.
Dünən axşam kürdcə danışan naməlum şəxslər Türkməneli Partiyasının Yahyava qərargahının binasını yandırıblar. Yanğın zamanı binada heç kim olmadığından, yalnız binaya maddi zərər dəyib, yararsız hala qalıb.
Hücumun Kərkükün kürd valisinə bağlı terrorçular tərəfindən edildiyi ehtimal edilir.(cebhe.info)