"Xarici güclərin Suriyada mövcudluğu həmişə problem yaradacaq və indiyədək heç bir problem həll edilməyib”.

"Report” xəbər verir ki, bunu İran prezidenti vəzifəsinə namizədliyə iddiaçı, Məşhəddəki İmam Rza məqbərəsinə yığılan ianələri və ehsanları idarə edən fondun rəhbəri İbrahim Rəisi "Anadolu" agentliyinə müsahibəsində bildirib.

"Suriyanın taleyini suriyalıların öz ixtiyarına buraxaq”, - deyə İbrahim Rəisi vurğulayıb.
Suriyada İran hərbçilərinin də mövcudluğu haqda məlumatlar var.

İ.Rəisi bildirib ki, prezident olsa, İsraildən başqa bütün dövlətlərlə qarşılıqlı hörmət əsasında ikitərəfəli münasibətlərin qurulması siyasətini yürüdəcək.

İnformasiyaya görə, o, hazırkı prezident və bu posta yenidən iddiaçı Həsən Ruhaninin əsas rəqibi sayılır. H.Ruhani də ötən gün prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərini ölkənin Daxili İşlər Nazirliyinə təqdim edib.

Məlumata əsasən, 56 yaşlı İ.Rəisi inqilab illərində və İran - İraq müharibəsi zamanı ölkəsinin ovaxtkı ali rəhbəri ayətullah Xomeyninin təlimatları mövcud hakimiyyətə müxalif olanlar barədə edam qərarını qəbul edənlərdən ibarət "ölüm komitəsi”nin üzvlərindən olub.

Xatırladaq ki, İranda prezident seçkisinin mayın 19-da keçirilməsi planlaşdırılıb. 11 - 15 Apreldə namizədlər qeydiyyatdan keçmək üçün sənədlərini Daxili İşlər Nazirliyinə təqdim ediblər. Prezidentliyə namizədlərin adları aprelin 26-da açıqlanacaq.
Son məlumata əsasən, prezidentliyə namizəd olaraq qeydiyyatdan keçmək üçün 300 nəfər sənədlərini Daxili İşlər Nazirliyinə təqdim edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300