Yaxınlarda rütbəsi və medalları əlindən alınacaq sabiq nazirin bütün varidatından siyahı tuturlar, müsadirə ediləcəklər 

Sabiq MTN şefinin varidatını siyahıya almağa başlayıblar. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub. 

Həmin məlumatda deyilir ki, hazırda ev dustağı olan Eldar Mahmudovun bütün əmlakı, obyektləri və gəlir yerləri haqqında müfəssəl məlumatlar toplanlaraq, dosye halına salınır. Burada tək məqsədin həmin gəlir yerləri və əmlakların müasdirə edilməsidir. 

Mənbə JAM.AZ-a bildirib ki, Eldar Mahmudoval bağlı hakimiyyət hələlik səbr edir, proseslərin bir qədər durulmasını gözləyir. Bundan başqa, MTN-də də tam strukturlaşmanın başa çatdırılmasına qədər səbr etmək niyyətindədir. İdda edilir ki, bu proses ən geci noyabrın ortalarına qədər çəkməlidir və ardından ikinci "dalğa” gələcək. 

JAM.AZ-a məlumat verən mənbənin sözlərinə görə, sabiq nazirə üç maddə üzrə cinayət işi açılacaq. Onlardan biri vəzifə səlahiyyətlərindən sui-istifadə, digəri dövlətə xəyanət, üçüncüsü isə korrupsiya əməlləri ilə bağlı olacaq. Elə əmlakla bağlı aparılan araşdırma və siyahıyaalma da həmin maddə üzrə qaldırılmış cinayət işinin yekununda varidatının müsadirə edilməsi ilə nəticələnəcək. 

Qeyd edilir ki, əgər bu prose baş verərəsə, o zaman Eldar Mahmudovun general rütbəsi, indiyə qədər aldığı orden və medallar, hətta təltif edildiyi fəxri fərmanlar belə əlindən alınacaq. 
 
  JAM.AZ

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300