Son günlər Güney Azərbaycanda yağan aramsız yağışlar faciə ilə nəticələnib.
Uluyol.info xəbər verir ki, Muğancıq və Sofiçay çaylarında yağıntılardan sonra suyun məcrası qalxmış və daşqınlara səbəb olmuşdur.Hər iki çay Təbriz yaxınlığında yerləşir.
Güney Azərbaycandakı oxucularımızın verdiyi məlumata əsasən, indiyə qədər onlarla soydaşımız həlak olub.Hazırda itkin düşənlərin axtarışı davam edir.
Əlavə məlumat aldıqca bölüşəcik.
Allah soydaşlarımıza yardımçı olsun.
Uluyol.info