Bu il Sabirabad rayon Təhsil Şöbəsinə 240 hektar pambıq əkmək tapşırığı verilib.
Ona görə də təhsil şöbəsinin müdiri Pəhləvan Qarayevin iş yeri pambıq sahələrinə dəyişdirilib. Bu barədə verilən məlumatda qeyd olunub.
Yəqin ki, yığım zamanı məktəblərin müəllim və şagird kontingenti SSRİ dövründə olduğu kimi pambıq yığımına cəlb ediləcək. Ancaq bu, ilk belə hal deyil.
Ötən ilin oktyabrında da müəllimlər zorla pambıq yığımına cəlb olunmuşdu. Məlumatlara görə, tələb Sabirabad rayon İcra Hakimiyyətindən gəlib.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov pambıqçılığın inkişafı məsələsinə həsr olunan respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn konkret vəzifələrdən danışaraq qeyd edib ki, ötən il rayonda 6 min 113 hektar sahədə pambıq əkilib və 7 min 713 ton məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib.
Məhsuldarlıq orta hesabla 20 sentnerə çatıb. Bu il isə rayonda 15 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.
Bu məqsədlə 2350-dən çox torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, çiyid səpiləcək sahələrdə keyfiyyətli şum aparılıb, digər aqrotexniki tədbirlər həyata keçirilib.
Artıq sahələrə və səpinə cəlb olunacaq texnika tam hazır vəziyyətdədir. Pambıq istehsalını 30 min tona çatdırmaq üçün real imkanlar var.
Qeyd olunub ki, pambıq əkilməsi üçün nəzərdə tutulan 15 min hektar torpaq sahəsinin 7160 hektarı "MKT” MMC-nin Sabirabad filialı, 4512 hektarı "CTS AQRO” MMC, qalanı isə "Kənd Təsərrüfatı” MMC, eləcə də rayon icra hakimiyyəti tərəfindən mülkiyyətçilərlə fərdi qaydada bağlanmış müqavilələr əsasında əkiləcək.(24saat.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300