Təhsil Nazirliyi orta məktəblərdə işləyən müəllimlərin diplomlarını  yığmağa başlayıb. 

 

BakiPost.az-a daxil olan məlumata görə, proses 1992-ci ildən indiyə kimi unversitet bitirmiş və məktəblərdə çalışan müəllimləri əhatə edir. Diplomların yığılmasında məqsəd saxta diplomlarla çalışan müəllimləri aşkarlamaqdır.

 

Əldə etdiyimiz məlumatlara görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Cəlilabad rayonlarında orta məktəblərdə müəllimlərin diplomları artıq yığlıb.

 

İşin icrası hər bir rayonun Təhsil Şöbəsinə tapşırılıb. Diplomlar yığılandan sonra isə Təhsil Nazirliyinə təhvil verilib. 

 

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov 2014-cü ildə orta məktəblərdə 2000-ə yaxın müəllimin saxta diplomla çalışdığını bildirmişdi:  "Biz dəqiq sayı bilmirik, amma haradasa 2000 saxta diplomlu şəxs, əsasən də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyir. Bu gün biz onların hamısını adbaad bilirik. 

 

Əldə etdiyimiz bütün məlumatları, o cümlədən onlara saxta diplom verənlərin adlarını da Baş Prokurorluğa vermişik. Onların arasında təhsil sistemindəki rəhbərlər də var. 

 

Mənim bildiyimə görə, Baş Prokurorluq onlarla bağlı iki dəfə məlumat yayıb. Hələ ki biz elə «müəllimlər»i dayandıracaq icazəni ala bilməmişik”.

 

Onu da bildirək ki, ötən il Azərbaycanda saxta diplomlu 555 müəllim aşkarlanıb. Bu diplomların çoxu Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialları tərəfindən verilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300