Əkrəm Həsənov: "İlk növbədə hüquqi islahatlar haqqında da xəritə lazım idi”

Ölkə iqtisadiyyatının böhran vəziyyətindən çıxması ilə bağlı bütün ümidlər ötən il dekabrın 6-da imzalanan yol xəritələrinə bağlanmışdı. Lakin aylar keçsə də, orada qeyd olunan islahatların həyata keçirilməsini müşahidə etmirik. Bu durum iqtisadçıları da narahat edir.

Bu haqda "Yeni Müsavat”a açıqlama verən iqtisadçı Əkrəm Həsənov ilk növbədə həmin xəritələrin dərc olunmamasına münasibət bildirdi: "Əvvəla, onu vurğulamaq lazımdır ki, prezidentin 6 dekabr 2016-cı il tarixli "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı ilə təsdiq edilmiş 12 strateji yol xəritəsi hələ də kağız formasında dərc olunmayıb. Onların 11-i yalnız "Azərtac”ın saytında elektron formada yerləşdirilib və onlara hərdən bir dəyişikliklər də edilib.

12-ci xəritə - "Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi” isə hələ də heç elektron formada da yerləşdirilməyib. Ümumən bu, milli hüquq sistemimiz üçün misli görünməyən haldır. Dövlət başçısı sənəd təsdiq edir, amma onu qəzetlərdə dərc etmirlər, elektron versiyasına isə sonradan kimsə hətta "barmaq edir", bir sənədin isə heç elektron versiyası da ortada yoxdur. Sırf hüquqi baxımdan bu sənədlər heç mövcud olmamış kimidir. Çünki Konstitusiyaya görə dərc edilməyən akt qüvvəyə minə bilməz”.

İqtisadçı onu da bildirdi ki, bu yol xəritələrində müsbət ideyalar olsa da, onun icra mexanizmi qeyd olunmayıb: "Bu, xəritələrin çiy şəkildə, tez-bazar prezidentin imzasına verilməsindən, qeyri-işlək olmasından xəbər verir. Mən elektron versiyada olan 11 xəritəni oxumuşam. 1000 səhifəyə yaxındır.Ümumi söz yığınıdır əsasən, xoş arzular və s. Təbii, müsbət məqamlar da çoxdur. Amma bu xəritələrin icra mexanizmi oradatəsbit edilməyib. Ümumən xəritə ideyası yaxşıdır. Sadəcə hazırlanmasını çox pis icra etdilər. Ən başlıcası həmin xəritələriiqtisadiyyatın inkişafında hüquq sisteminin, qanunçuluğun rolunu başa düşməyənlər yazdı. Mülkiyyət hüququnun qorunmadığı, müqavilələrin icra edilmədiyi, sağlam rəqabət mühitinin, habelə müstəqil ədalətli məhkəmə sisteminin olmadığı məmləkətdə hər hansı iqtisadi plan, proqram, xəritə uğursuzluğa düçardır. Çünki belə şəraitdə heç kəs ölkəyə pul yatırmaq istəmir”.

Əkrəm Həsənovun fikrincə, ilk növbədə hüquqi islahatlar haqqında da xəritə lazım idi: "Ola bilsin ki, yaxında elə özüm belə bir layihə ilə çıxış etdim. Göründüyü kimi, belə xəritələr hətta tam dərc edilsəydi belə, icrasının xeyri şübhə altında olacaqdı. Xatırladıram ki, bu xəritələrin icrasına 27 mlrd. manat tələb olunur. Amma heç tam dərc də olunmayıb. Bununla belə, məlumdur ki, icrası ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məşğul olmalı idi. Lakin həmin Mərkəzdən də səs-soraq yoxdur. Görünən odur ki, xəritələrin icrasına heç başlanılmayıb və bu da təəccüblü deyil. Dərc olunmayan sənədi necə icra etmək olar axı?!”

Nərgiz LİFTİYEVA, musavat.com

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300