Azərbaycan məmurlarının və deputatlarının övladlarının qaranlıq biznesi - İlginc təfərrüatlar!
 
Azərbaycanın bir sıra məmur və deputatlar biznes fəaliyyətini qaynar.info araşdırıb. Araşdırma nəticəsində ortaya kifayət qədər maraqlı və müəmmalı məqamlar çıxıb. 

Uluyol.info araşdırmanı oxucular təqdim edir:

Prezident Adminstrasiya ictimai-siyasi əlaqələr şöbəsinin müdiri, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənov "Kaspi Global” şirkətinin rəhbəridir. Yerli medianın iddiasına görə, Bu şirkət Azərbaycanda iki iri miqyaslı və peşəkar yaradıcı heyətin iştirakı ilə teleserial çəkir.

Şamxal Həsənov

İmişli rayonundan deputat olan Əsabil Qasımovun oğlu Taleh Qasımov atasının yaratdığı biznesin idarəçiliyi və genişləndirilməsi ilə məşğuldur. Söhbət "Karat Holding”dən gedir. Bu şirkət ilkin olaraq eyni adlı  MMC kimi Ə.Qasımov tərəfindən yaradılıb və o, 2010-cu ildə deputat seçildikdən sonra şirkətin başına rəsmi olaraq onun oğlu keçib. Hazırda "Karat” MMC-nin də daxil olduğu "Karat Holdinq” tərkibinə aşağıdakı şirkətlər daxildir: "Karat” MTK, "İdeal” MMC, "İzmir” MMC (tikinti şirkətləri); "Azinvest” tikinti şirkəti; "Everest-M”, "Şin Servis” (armatur alğı-satqısı); "Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; "ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); "Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində "Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market” və s.

Taleh Qasımov

Milli Məclisin başqa bir deputatı Elmira Axundovanın oğlu Həbib Axundov da bizneslə məşğuldur, son vaxtlar isə onun adı xoşagəlməz iddiaların "baş qəhrəmanına” çevrilib. 

Yerli mətbuatın yazdığına görə, H.Axundov  paytaxtın məşhur "Favorit” marketlər şəbəkəsinin idarəedicisidir. Eyni zamanda Həbib Axundovun adına ölkənin əksər banklarında külli miqdarda kredit borcları olduğu deyilir. Bundan başqa, iddia edilir ki, deputatın oğlu Gürcüstandan olan iş adamlarına "krışalıq” etməklə məşğul olur və bu işlərdə anasının adından istifadə edir. 

Həbib Axundov

Lənkaran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Vüsal Qaraşov da biznes fəaliyyəti ilə məşğuldur. Bir müddət əvvəl onun Beyləqan rayonunda yeni tikilən bazarı iş adamı İlham Qasımovun aldğı, V. Qaraşovun isə onun ortağı olduğuna dair xəbərlər yayılıb. 

Bundan başqa, adıçəkilən iş adamının icra başçısının oğlu ilə Türkiyədə şərikli biznes işləri ilə məşğul olması, həmçinin paytaxtın Nəsimi rayonunda hündürmərtəbəli bina tikintisi həyata keçirdikləri də deyilir. Bu məlumatlar yayıldıqdan sonra təsdiqlənməsə də, təkzib də olunmayıb.

Laçın rayonunun icra başçısı Akif Səlimovun oğlu Sənan Səlimovun da geniş biznes imkanlarına malik olduğuna dair iddialar var. Onun biznesini atası icra başçısı təyin edildikdən bir müddət sonra xeyli genişləndirdiyi deyilir. 

Xatırladaq ki, 1990-cı ilin noyabr ayından 1994-cü ilin mart ayınadək Laçın Rayon Polis Şöbəsinin rəisi, 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi, 1996-cı ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayınadək Qax Rayon Polis Şöbəsinin rəisi, 2000-ci ilin oktyabr ayından 2006-cı ilin dekabr ayınadək Cəlilabad Rayon Polis şöbəsinin rəisi olan A. Səlimov icra başçısı təyin edilənədk biznes fəaliyyəti ilə məşğul olub. Belə ki, o, 2007-ci ilin yanvar ayından 4 mart 2013-cü il tarixədək isə "Yaqub” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifələrində işləmişdir.(İlkin Hüseynli-Qaynar.info)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300